Rusiya Qazaxıstana qoşun yeridə bilər


“Qazaxstanda baş verənlər son 30 ildə 3 yeni müstəqil ölkədə baş verənlərə oxşayır . Gürcüstan, Moldova və Ukraynada eyni proseslər gedib ancaq müxtəlif versiyalarda. Ukrayna, Gürcüstan və Moldovada ilk nümayişlər siyasi xarakterlə başlayıb və hər 3-ü Rusiya ilə əlaqələrin kəsilməsi və ya düşmənçilik səviyyəsində olması ilə nəticələnib. Qazaxstanda nümayişlər əhaliyə satılan qazın qiymətinin 2 dəfə artırılmasına qarşı başlayıb bir gündən sonra siyasi tələb müstəvisinə keçib”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.
 
Onun sözlərinə görə, Qazaxıstanda qazın qiymətinin qaldırılmasını anlamaq mümkün deyil: “Çünki o ölkə dünya iqtisadiyyatına bağlı ölkə deyil, daxildə istehsal etdiyi məhsulların qiymətinin bu məhsulların dünya bazarında olan qiymətlərindən heç bir asılılığı yoxdur. Qazaxstan qazın qiymətinin dünya bazarında 5 dəfə artmasına baxmayaraq istəsə, qazın qiymətini öz xalqı üçün artırmaya, hətta azalda bilər. Qazaxstan qaz ixrac edir. Daxildə əhaliyə satılan qazın qiymətini qaldırırsa, büdcəsində debalans var. Ölkə əhalisini təmin etmək üçün (özü  kifayət qədər istehsal etmədiyi üçün) xaricdən müəyyən tipli məhsullar alırsa, bu məhsulların dünya bazarında qiymətlərinin  dəyişməsi ölkənin daxili bazarında qiymətlərin dəyişməsinə gətirib çıxara bilər. İlk növbədə ölkə xaricdən aldığı çox ciddi məhsulların (məsələn taxıl,ət,yağ və sair) ölkəyə gətirilməsində monopoliyanı qətiyyətlə ləğv etməlidir. Fərasətli adamlar gedib bir başa istehsalçılardan o məhsulları ucuz qiymətə tapıb gətirəcəklər, daxildə qiymətlərin qalxmasının  qarşısını alacaqlar. Qazaxıstan qazın qiymətini qaldırmaqla çox böyük səhv edib. İndi istənilən geri addım Qazaxıstanın süqutu ilə nəticələnəcək. Nazarbayev istefa veribsə, etiraz mitinqlərinin masştabı çox böyükdür. Prezidentin gördüyü tədbirlər onun ziyanınadır. “Evronyus” telekanalında onun çıxışı verildi. Birinci səhv o rus dilində xalqa müraciət etdi. Qazaxıstanın əhalisinin azı 60 faizi ümumiyyətlə rus dilini bilmir. İkincisi, qazaxların içərisində Oljas Süleymanovdan başlayaraq ziyalıların arasında kifayət qədər millətçi var, onları da özünə qarşı qaldırdı. Bu adam çıxışdan öncə 2014-cü ildə Ukraynada baş verənləri dərindən öyrənməli idi. Onun çıxışı Yanukovoçin çıxışı ilə demək olar ki, eyni idi. O çıxışdan 2 gün sonra Yanukoviç ölkədən qaçdı. O da “Mən burdayam və heç yerə gedən deyiləm” deyirdi. Qazaxıstanda xaosdan Rusiya istifadə edə bilər. “Rusları qırırlar, biz buna imkan verə bilmərik” lozunqu ilə qoşununu Qazaxıstana yeridə bilər. Onu bu hərəkətdən Çin saxlaya bilər. Bir sözlə, Qazaxıstanda bütün problemlərin dinc yolla qazax xalqının xeyrinə həll olunması (heç kimin müdaxiləsi olmadan) bizim xeyrimizə olar, Qazaxıstanın Türk dünyasına bağlılığını artırar. Qazaxıstan prezidentinin Rusiyaya kömək üçün müraciət etməsi birbaşa vətəndaş müharibəsinə, rusların zorla Qazaxıstandan qovulmasına aparan addımdır. Aydındır ki, bu müraciət əvvəldən Putinlə razılaşdırılmış addımdır. Ruslar Qazaxıstanın Astana (Nursultan) zonasından Qazaxstana qoşun yeridəcək, Qazaxıstanın böyük bir hissəsi, o cümlədən paytaxtı Rusiyanın nəzarətinə keçəcək. Qazaxıstanın prezidenti bu müraciətdən sonra hökumətdə qala bilməz. Ölkədə Nazarbayev periodundan qalma nə varsa, darmadağın ediləcək. Prezidenti ələ keçirə bilsələr, asacaqlar. Çox ağıldan kəm hərəkət edib. Öz camaatı ilə dil tapmaq əvəzinə,  xarici qoşunları öz xalqını qırmağa dəvət edir. Ümid edək, belə bir addımın atılması Putinin də axırına çıxacağını o anlayır”.
Tarix: 6-01-2022, 09:14
Xəbəri paylaş





Xəbər lenti