“Lukaşenko gecə pis yatıb” – “Batya”nın Qazaxıstan narahatlığı


“Lukaşenko gecə pis yatıb” – “Batya”nın Qazaxıstan narahatlığıAleksandr Lukaşenko

Qazaxıstandakı etirazlar bir çox ölkə rəhbərlərinin narahatlığına səbəb olub. Politoloqlar daha çox Belarusun dövlət başçısı Aleksandr Lukaşenkonun adını çəkir. Çünki “Batya” etirazlar başlayan kimi Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayevə və Rusiyadan olan həmkarı Vladimir Putinə zəng vurmuşdu.

Bizimyol.info xəbər verir ki, Belarusun keçmiş mədəniyyət naziri Pavel Latuşko Lukaşenkonun indi özünə yer tapmadığına əmindir. Onun fikrincə, dövlət rəhbəri Qazaxıstanda etirazçıların məğlubiyyətini çox arzulayır. “Lukaşenko gecə pis yatıb”, - Latuşko özünəməxsus istehza ilə durumu təsvir edib.
Xalq antiböhran təşkilatının rəhbəri kimi fəaliyyət göstərən Pavel Latuşko iki ölkədə baş verən etiraz aksiyalarının xarakterlərinin bir-birindən fərqləndiyini deyir. Qazaxıstanda iqtisadi, sosial səbəblər var. Belarusda isə seçki saxtakarlığına etiraz edilirdi: “Amma problemlərin ümumi cəhəti odur ki, hakimiyyət dəyişmir. Lukaşenko referendum keçirmək istəyir. Qazaxıstan hadisələri həm də ona mesajdır. Bu ərazilərdə xalq nə sovet vaxtı subyekt sayılırdı, nə də indi belə münasibət görür. Hakimiyyətə təsir imkanları sıradan çıxarılıb. Necə olmalıdır? İnsanlar seçkiyə gedir, hakimiyyətə istədikləri adamı gətirir. Müxalifət sakit mitinq keçirir, istəyənlər qoşulur. Bütün bunlar olanda dövlətin sabitlyi təmin edilir”.
Latuşko Tokayevin özünü Lukaşenkodan bir az fərqli apardığını düşünür. Hökumətin istefaya göndərilməsi bu məsələdə diplomatın fikrinə təsir göstərib.
“Qazaxıstan hakimiyyəti Avropa ölkələri, ABŞ ilə münasibətləri korlamaq istəmir. Orta Asiya ölkəsi Rusiyadan asılı olmamağa çalışır. Bütün qonşuları Rusiyanı öz suverenliyinə təhlükə sayır”.
Latuşko inanır ki, etirazlar Qazaxıstanla məhdudlaşmayacaq. O, postsovet ölkələrində aksiyaların bir-birini əvəz edəcəyinə əmindir. Politoloq etirazların Rusiyadan da yan ötməyəcəyini proqnozlaşdırır.
Tarix: 6-01-2022, 16:33
Xəbəri paylaş





Xəbər lenti