Qazaxıstanda sülhməramlıların qalma müddəti açıqlandı



Sülhməramlı qüvvələrin Qazaxıstanda qalma müddəti vəziyyətdən və respublika rəhbərliyinin qərarından asılı olacaq və əməliyyat başa çatdıqdan sonra qoşunlar çıxarılacaq.

Pravda.az-ın məlumatına görə, bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas bildirib.

Zas bildirib ki, qoşunların qalma müddətı qısa olacağı gözlənilir:

"Bu müddətin bir neçə gün və ya bir neçə həftə olacağı Qazaxıstanda yaranan vəziyyətdən və təbii ki, Qazaxıstan rəhbərliyinin mövqeyindən asılı olacaq".

Onun sözlərinə görə, əgər respublika rəhbərliyi “vəziyyətin sabitləşdiyini və ona bütün dövlətlərimizin köməyi olmadan öz qüvvələri tərəfindən nəzarət edildiyini hesab edərsə, təbii ki, əməliyyat başa çatacaq və bütün qoşunlar çıxarılacaq”.
Tarix: 7-01-2022, 09:14
Xəbəri paylaş





Xəbər lenti