"Qərb Ukraynada uzunmüddətli müharibəyə hazırlığa başlayıb" - hərbi analitik


"USQ-nin əkshücumunda dönüş döyüşə zirehli texnikanın yeridilməsi ilə baş verə bilər..."
"Ukraynalı hərbçilər ATACMS raketlərinin kasetli variantlarını əldə etsələr, bu, onlara Rusiyanın daha çox hədəflərini məhv etməyə imkan verəcək..."
 
Karnegi Fondunun ən nüfuzlu hərbi analitiklərindən biri olan Maykl Kofman deyib ki, Qərb əkshücumun Ukrayna üçün Rusiya ilə danışıqlarda üstünlük verəcəyini hesab edib, lakin hal-hazırda bu fikirdən vaz keçməyə başlayıb.
 
Moderator.az xəbər verir ki, bu barədə BBC nəşri məlumat yayıb.
 
Qərb ölkələrinin hakimiyyəti ona meyl edir ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi uzun çəkəcək və onu Ukrayna Silahlı Qüvvələrinin bir əkshücumu ilə başa çatdırmaq mümkün olmayacaq.
 
Kofman Ukrayna Silahlı Qüvvələrinin Rusiya müdafiəsini yarmağa müvəffəq olan əkshücumunu dəyərləndirib. Lakin o, bunun həlledici irəliləyiş olduğunu adlandırmağa meyl etmir.
 
Onun fikrincə, ukraynalı hərbçilər "boşluqları genişləndirir", lakin onun miqyası hələ dönüş barəsində danışmağa imkan vermir, bu, USQ-nin döyüşə zirehli texnikanı yeritdiyi zaman baş verə bilər.
 
O, qeyd edib ki, Qərb hesab edib ki, əkshücum Ukraynaya Rusiya ilə danışıqlarda üstünlük verəcək, lakin hazırda "bu fikirdən tam olmasa da, imtina edilib və bu məsələ xeyli dərəcədə ikinci plana keçib".
 
"İnsanlar anlayır ki, bu müharibə uzunmüddətli olacaq və bu müharibəni qısamüddətli etməyin potensial üsulları keçmişdə qalıb.
 
Əsas planlaşdırmada diqqət daha uzunmüddətli müharibəyə cəmləşdirilməlidir və belə müharibənin bütün müharibələr kimi müxtəlif fazaları olacaq", - ekspert deyib.
 
Bundan başqa, Kofman qeyd edib ki, əgər USQ-nin əkshücumunun gedişində Tokmak şəhərini ələ keçirərsə, bu, əməliyyatın uğuru demək olacaq.
 
Bundan başqa, analitik belə fikir ifadə edib ki, Ukraynaya ATACMS raketlərinin verilməsi USQ-yə kömək edəcək, lakin həlledici olmayacaq. 
 
Analitik hesab edir ki, əgər ukraynalı hərbçilər bu raketlərin fuqas döyüş başlıqları ilə deyil, kasetli variantlarını əldə etsə, bu, onlara Rusiyanın daha çox hədəflərini məhv etməyə imkan verəcək. 
 
Lakin Kofman qeyd edib ki, USQ üçün yeri tez-tez dəyişən hədəfləri müəyyən etmək çətin olacaq və ya bu məsələdə onlar Qərb müttəfiqlərinə bel bağlamalı olacaq.
 
Ukraynada müharibə-əkshücum
 
Ukrayna əkshücuma uzun müddət hazırlaşıb və yayda buna start verib. Əməliyyat o qədər də sürətli olmasa da, USQ hər halda əraziləri işğalçılardan azad edir.
 
Bu zaman çoxsaylı analitikıərin fikrincə, böyük minalanmış sahələrin olması və işğalçıların buna necə hazırlaşması nəzərə alındıqda, əkshücum lazım olduğu kimi gedir.
Tarix: 29-09-2023, 22:17
Xəbəri paylaş





Xəbər lenti