"Ramzan Kadırov "ölərsə", onun oğlu cəmi beş dəqiqə yaşayacaq" - Ekspert


"Söhbət Çeçenistan liderinin Müqəddəs Quranı yandıran Nikita Juravlyovu döyməklə məşhurlaşan 15 yaşlı Adamdan gedir..."
 

"Putin özünü Kadırovun "vassalı" hiss edir, ikinci çeçen savaşında çeçenlər Rusiyaya qalib gəlib və indi Putin ona reparasiya ödəməlidir..."
 
Əgər Çeçenistan lideri Ramzan Kadırov hər halda Moskvanın Mərkəzi Klinik Xəstəxanasında "ölərsə", onun 15 yaşlı "varisi" 5 dəqiqədən çox yaşamayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə "Oturaq Rusiya" fondunun rəhbəri Olqa Romanova "Xodorkovski Live" efirində bəyan edib.
 
O, Rusiya hakimiyyətinin Kadırovun mümkün "varisi"nə yaşamağa imkan verməyəcəyinə eyham vurub.
 
"Problem ondadır ki, varis "ölü" atanın əvəzləyicisidir. Düşünürəm ki, 15-16 yaşlı oğlan uşaqları "atalarının ölümündən" sonra təxminən 5 dəqiqə yaşayacaq...Baxın, bu ki, klassikadır", - o, qeyd edib.
 
Romanova xatırladıb ki, Putin, ola bilsin ki, özünü Kadırovun "vassalı" hiss edir. Bundan öncə o, həmçinin Qroznıda Rusiyanın iki vətəndaşı-Nijni Novqoroddan vəkil Aleksandr Nemovun və jurnalist Yelena Milaşinanın (insident 2023-cü il iyulun 4-də baş verib) döyülməsini "dəstəkləyib".
 
"Bunu axı necə görməzdən gəlmək olardı ki? Bu, o deməkdir ki, ya cücü olan hər şeyi edə bilər; Putinin ikinci cavabı "mən bunu dəstəkləyirəm", üçüncü cavabı "o, məndən güclüdür" olub.
 
Çeçenlər ikinci çeçen savaşında Rusiyaya qalib gəlib, ona görə də indi o mənə deyil, mən ona hesabat verməliyəm (Putin Kadırova). Ona görə də Kadırov yeni pul payı dalınca gəlib. Bu, onun reparasiya hüququdur-mən qalib, sən məğlubsan...Bu da Nujni Novqoroda görə cavabdır", - Romanova deyib.
 
Çeçenlər Nemovu, Milaşinanı və Juravlyovu döyüb-bəlli olanlar
 
Rusiyalı qadın jurnalist Yelena Milaşina və Aleksandr Nemov Qroznıda 2023-cü il iyulun 4-də qəddarcasına döyülüb.
 
İnsident rusiyalıların Çeçenistan paytaxtına dəstək verməyə yollanan çeçen müxalifətçilərinin birinin anası Zarema Musayeva üzərində məhkəmə iclası ərəfəsində baş verib. 
 
Hava limanından çıxandan sonra yolda Nemov və Milaşinanın avtomaşınları içərisində silahlı adamların olduğu üç avtomobillə blok edilib. Onlar rusiyalıları döyüb, güllələnəcəkləri ilə təhdid edib, həmçinin Milaşinanı saçlarını keçəl qırxaraq təhqir edib.
 
O zaman Kreml bəyan edib ki, insident barədə Putinə "məruzə edilib", lakin onun mətbuat katibi Dmitri Peskovdan çeçenlərin ünvanına konkret tənqid səsləndirilməyib.
 
2023-cü il sentyabrın 17-də sosial şəbəkələrdə Rusiya vətəndaşı Nikita Juravlyovun döyülməsi ilə bağlı daha bir videoçarx üzə çıxıb. Bunu Ramzan Kadırovun şəxsən özü göstərib və 15 yaşlı oğlu Adamın Quranı yandıran şəxsin döyməsilə öyünüb.
Tarix: 1-10-2023, 18:19
Xəbəri paylaş





Xəbər lenti