Ukraynanın yeni taxıl dəhlizi minalanmış sahələrlə qorunur - "Bloomberg"


Ukraynanın hər üç Qara dəniz limanı taxıl ixrac edən gəmilərin qəbulunu bərpa edib. 
"AzPolitika.info" xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Məlumatda deyilir ki, Rusiyanın Ukrayna limanlarına gedən gəmiləri atəşə tutmaqla hədələməsinə baxmayaraq, limanlarda iş rejimi normasında gedir.
İlk 10 gəmi Rusiyanın taxıl müqaviləsini yeniləməkdən imtina etməsindən sonra və Ukrayna limanlarına gedən gəmiləri batırmaq təhlükəsinə baxmayaraq, Kiyevin inşa etməyə başladığı dəhlizdən artıq yararlanıb.
Beynəlxalq sığorta şirkətlərinin sığorta risklərinin əhatə dairəsini bərpa etməyə başladığı da bildirilir.
"Bloomberg"-in aydınlaşdırdığı kimi, təhlükəsiz dəhliz razılaşmasına əsasən, Ukraynaya gedən bütün gəmilər İstanbulda yoxlanılır və onların yükləri yalnız kənd təsərrüfatı mallarından ibarətdir.
Qeyd olunur ki, Ukraynanın dronlarla endirdiyi zərbələrdən sonra, Rusiya donanması Qara dənizə nəzarət etmək imkanlarını itirib.
"Əslində, donanma hazırda Qara dənizin şimal-qərbində, Rumıniya və Bolqarıstan sahilləri boyunca marşrutu daha təhlükəsiz edən Sevastopolda kilidlənib", - hesabatda deyilir.
Yeni dəhliz minalanmış sahələrlə qorunur. Marşrut sahil boyu NATO ölkələri olan Rumıniya və Bolqarıstan sularına qədər uzanır. Əvvəllər taxıl dəhlizi birbaşa dənizin o tayından İstanbula gedirdi və burada BMT, Türkiyə və Rusiya nümayəndələrindən ibarət birgə komissiya Ukrayna taxılını çatdıran gəmiləri yoxlayırdı.
Tarix: 4-10-2023, 07:49
Xəbəri paylaş





Xəbər lenti