“Paşinyan istefa verməyəcək, yeganə variant...”

“Paşinyan istefa verməyəcək, yeganə variant...”
“1 milyon adam küçələrə çıxsa da, Paşinyan istefa verməyəcək, yeganə variant impiçmentdir”.
Moderator.az xəbər verir ki, Tert.am-ın yaydığı məlumata görə, bunu Xocalı qatili, Ermənistanın terrorçu eks-prezident Serjik Sərkisyanın lideri olduğu “Şərəf duyuram” siyasi blokunun parlamentdəki  fraksiyasının rəhbəri Hayk Mamicanyan “Arkadi Qriqoryanla diqqət mərkəzində” verilişində söyləyib.
 
“İmpiçment məsələsində hakim “Vətəndaş sazişi” partiyasının 71 üzvündən 19-nun mövqeyinin dəyişməsi üçün ictimai təzyiq lazımdır. Lakin bu prosesə lazımi anda başlamaq lazımdır, çünki əgər onun başlanmasından 72 saat sonra o, uğurlu alınmasa, 6 ay ərzində impiçment prosesinə başlamaq imkanımız olmayacaq.
 
Bütün müxalifət iqtidar dəyişikliyi istəsə, biz buna nail olacağıq. Boş binaları tutmağın həzzini anlamıram, uğursuzluğa düçar olsaq, növbəti küçə döyüşü mənfi 1-dən başlayacaq”, - Mamicanyan belə deyib.
Tarix: 11-10-2023, 09:03
Xəbəri paylaş





Xəbər lenti