Paşinyan Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası barədə danışıb


Rusiyanın 102-ci hərbi bazasının və sərhədçilərinin Ermənistandakı mövcudluğu ilə bağlı məsələ qaldırılmır.
APA xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin İctimai Televiziyasına müsahibəsində bildirib.


“Vladimir Putinlə ilk görüşüm zamanı o, mənə dedi ki, Rusiyanın başqa ölkələrin daxili işlərinə qarışdığı barədə tez-tez eşidir. O, bunun doğru olmadığını bildirib. Biz Rusiya ilə bütün gələcək münasibətlərimizi 2018-ci ildə baş tutan ilk görüş əsasında qururuq”, - deyə Paşinyan bildirib.
Rusiya sülhməramlılarının Ermənistanda qalmasının mümkün olub-olmaması ilə bağlı suala Paşinyan belə cavab verib:
"Bunun üçün heç bir hüquqi əsas yoxdur. Onlar Ermənistanda nə etməlidirlər? Bu, Qarabağdakı sülhməramlı kontingentdir. Əgər sülhməramlılar Qarabağı tərk edərlərsə Rusiyaya gedəcəklər”.
Tarix: 11-10-2023, 09:08
Xəbəri paylaş





Xəbər lenti