ABŞ-ın İsrailə dəstək üçün göndərdiyi “USS Gerald Ford” aviadaşıyıcısı mənzil başına çatıb

ABŞ-ın İsrailə dəstək üçün göndərdiyi “USS Gerald Ford” aviadaşıyıcısı mənzil başına çatıb

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, ABŞ-ın aviadaşıyıcısı artıq Aralıq dənizinin şərq hissəsinə çatıb. Amerika hərbi komandanlığı “USS Gerald Ford” təyyarə gəmisinin dünən gecə Aralıq dənizinə varid olduğunu bəyan edib. Aviadaşıyıcının “İks” (X) sosial şəbəkəsindəki səhifəsində bu barədə məlumatla yanaşı fotoşəkillər də dərc edilib. Açıqlamada deyilir: “USS Gerald Ford” aviadaşıyıcı qrupunun dənizçiləri Şərqi Aralıq dənizinə nəzarət edirlər”.
Bazar günü Pentaqon İsrailə dəstək məqsədi ilə “USS Gerald Ford” nüvə avidaşıyıcısı başda olmaqla, hücum qrupunu İsrail sahillərinə yola saldığını bəyan eləmişdi.
Tarix: 11-10-2023, 11:52
Xəbəri paylaş





Xəbər lenti