İsrailin şimalındakı xəstəxanalardan pasiyentlər təxliyə edilir

Nazirlik: "Pasiyentlər mərkəzi xəstəxanalara köçürülür"
İsrail Səhiyyə Nazirliyi ölkənin şimalında yerləşən xəstəxanalardakı pasiyentlərin mərkəzə köçürüldüyünü açıqlayıb.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə nazirlik öz "Telegram" kanalında məlumat yayıb.
“Səhiyyə Nazirliyi vəziyyətin istənilən cür inkişafına hazır olmaq məqsədilə ölkənin şimalındakı tibb mərkəzlərindən pasiyentləri mərkəzi xəstəxanalara köçürür”, - bəyanatda deyilir.
Bundan əvvəl İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti ölkənin şimalında “Hizbullah” qruplaşması ilə toqquşmaların baş verdiyini bildirmişdi. Livandan ölkənin şimalındakı Aramşa yaşayış məntəqəsi ərazisində yerləşən nəzarət-buraxılış məntəqəsinə doğru tank əleyhinə raket atılıb. Silahlı hücuma cavab olaraq İsrail hərbçiləri Livanın cənubundakı “Hizbullah” hədəflərinə tanklardan atəş açıb.
Tarix: 12-10-2023, 08:41
Xəbəri paylaş





Xəbər lenti