İsrail ordusu HƏMAS-ın 3 600-dən çox hədəfini məhv edib

Qəzza zolağına ümumilikdə çəkisi 4 min ton olan 6 minə yaxın bomba atılıb
İsrailin Müdafiə Ordusu oktyabrın 7-dən bəri ümumi çəkisi 4 min ton ağırlığın olan 6 min sursatdan istifadə edərək, HƏMAS-ın 3 600-dən çox hədəfini vurub.
AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Hücum edilən hədəflər arasında komanda-idarəetmə obyektləri, strateji hərbi infrastruktur, sursat istehsalı sexləri, kəşfiyyat obyektləri, atəş qurğuları olub. Qəzza zolağına ümumilikdə çəkisi 4 min ton olan 6 minə yaxın bomba atılıb”, - hərbçilərin bəyanatında deyilir.
İsrail ordusu Qəzza zolağının bütün ərazisində terror infrastrukturuna hücumları davam etdirdiyini açıqlayıb.
“Səhər saatlarından başlayaraq onlarla qırıcı təyyarə, döyüş helikopteri və PUA sektor boyu HƏMAS-ın bir sıra hədəflərinə hücum edib”, - qurumdan bildirilib.
Tarix: 13-10-2023, 07:39
Xəbəri paylaş





Xəbər lenti