“HƏMAS”-ın Netanyahunun qardaşı nəvəsini girov götürməsi haqda xəbər yalan çıxdı...

“HƏMAS”-ın Netanyahunun qardaşı nəvəsini girov götürməsi haqda xəbər yalan çıxdı...
İsrailin baş naziri Benyamin Netanyahunun müşavirinin qardaşı oğlu “HƏMAS”-ın girovluğundadır. 
 
Moderator.az xəbər verir ki, yerli  “Kikar” qəzetinin yazdığına görə, bu barədə baş nazirin özü danışıb.
 
“ “HƏMAS” mənim müşavirimin qardaşı oğlunu ələ keçirdi. Netanyahu həmçinin qeyd edib ki, İsrail öz evini müdafiə etmək üçün Fələstinlə müharibə aparır. Onun sözlərinə görə, bu müharibə “HƏMAS”-ın məğlubiyyəti və məhvi ilə başa çatmalıdır.
 
Xatırladaq ki, gecə saatlarında beynəlxalq və yerli mediada guya Benyamin Netanyahunun özünün qardaşı nəvəsinin “HƏMAS”-ın girovluğunda olması haqda informasiyalar yayılmışdı. 

Tarix: 13-10-2023, 07:43
Xəbəri paylaş





Xəbər lenti