İSRAİL-FƏLƏSTİN TOQQUŞMASI BÖYÜYÜR… İRAN MÜHARİBƏYƏ NECƏ QOŞULDU? – RƏY

İSRAİL-FƏLƏSTİN TOQQUŞMASI BÖYÜYÜR… İRAN MÜHARİBƏYƏ NECƏ QOŞULDU? – RƏY
İran planını tam aktivləşdirə bilsə, müharibə aylarla davam edəcək. İsrail üç cəbhədə eyni anda müharibə aparmağa hazır deyil. Ehtimal ki, vəziyyətdən asılı olaraq Təl-Əviv ABŞ və Qərbdən yardım istəyəcək.

Bu sözləri Tribinainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O qeyd edib ki, HƏMAS-İsrail müharibəsinin şiddətlənməsi bu qanlı prosesin uzunmüddətli olma ehtimalını artırır:

“Döyüşlərin şiddətlənməsi və trayektoriyasının bütün regiona yayılmasında maraqlı olan qüvvələr var. İran bu ölkələrin başında dayanır.

Ümumiyyətlə, rəsmi Tehran prosesi alovlandıran HƏMAS-ı təşkilatlandırıb fərqli döyüş strategiyası ilə İsrailə hücuma sövq edən başlıca gücdür.

Tehran İsrailə qarşı 5 cəbhədə – Qəzza sektoru, Livan, Suriya, İran və Fələstində mübarizə aparmaq istəyir. Prinsip etibarilə Tehran HƏMAS-ın İsrailə hücumu ilə Qəzza sektorundan ilk cəbhəni açdı. İndi isə növbə Livan və Fələstin cəbhələrinindir”.

T.Rzayev bildirib ki, bu müharibədə İranın arxa cəbhə rolunu oynayır:

“Həmin cəbhə aktiv döyüşlərdə rol almasa da, müharibənin uzunmüddətli olması üçün əsas iş onun üzərinə düşür. İran planını tam aktivləşdirə bilsə, müharibə aylarla davam edəcək”.
Tarix: 13-10-2023, 18:11
Xəbəri paylaş





Xəbər lenti