Netanyahu: “Bu, sadəcə başlanğıcdır”



İsrail ordusunun Qəzza zolağına qarşı hərəkətləri “sadəcə başlanğıcdır”.
 
Bu barədə hökumət başçısı xalqa müraciətində deyib.
 
“Böyük qüvvə, misli görünməmiş qüvvə ilə düşmənimizə cavab veririk. Vurğulayıram: bu, sadəcə başlanğıcdır. Düşmənlərimiz hələ indi bədəl ödəməyə başlayıb, gələcəkdə baş verəcək şeylərin təfərrüatına girməyəcəyəm, lakin deyim ki, bu, sadəcə başlanğıcdır”, – siyasətçi bildirib.
 
Netanyahu dünya liderləri ilə söhbətlərində ölkəsinin “əhəmiyyətli beynəlxalq dəstəyi təmin etdiyini” vurğulayıb:
 
“Bu gün ABŞ-nin müdafiə naziri (Lloyd Ostin – red.) ilə görüşdüm. Biz müharibənin davamını, İsrailə böyük miqdarda hərbi sursatın çatdırılmasını təmin edirik”.
 
“HƏMAS-ı məhv edəcəyik, qələbə gətirəcəyik. Vaxt aparacaq, ancaq bu savaşdan heç vaxt olmadığı qədər daha güclü çıxacağıq”, - o əlavə edib./Report
Tarix: 14-10-2023, 09:42
Xəbəri paylaş





Xəbər lenti