Soros fondlarını bağlayır - Əməkdaşlarının 40 faizini ixtisar edir


Corc Soros dünya üzrə ümumi dəyəri 25 milyard dollar olan fondlarını bağlayır. “AzPolitika.info” xəbər verir ki, “Bloomberg” agentliyi belə bir məlumat yayıb.
Məlumatda deyilir ki, artıq fondun Afrika ölkələrindəki şöbələrinə bununla bağlı məktub göndərilib. Fondun nümayəndəsi B.Novorodji bildirib ki, tanınmış milyarder Corc Soros öz fondunun əməkdaşlarının 40 faizini ixtisar etmək qərarına gəlib. Eyni zamanda, fondun fəaliyyət coğrafiyasının da kiçildilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Corc Sorosun "xeyriyyə fondu" ayrı-ayrı ölkələrdə “rəngli inqilablar”ın təşkilatçısı kimi tanınıb.
Tarix: 14-10-2023, 22:43
Xəbəri paylaş





Xəbər lenti