Erməniləri Qüdsdən köçürürlər - torpağı pula satıblar

Erməniləri Qüdsdən köçürürlər - torpağı pula satıblar
Erməniləri Qüdsün köhnə məhələsini boşaltmaq üçün vaxt verilib.Qeyd edək ki, Qüds şəhəri dörd məhəllədən ibarətdir - yəhudi, xristian, müsəlman və erməni. Ermənilər iddia edirlər ki, Qüdsə ilk dəfə 1600 ildən çox əvvəl məskunlaşıblar və onların sayı Osmanlı imperiyasından qaçanların hesabına daha da artıb.  Amma son onillikdə onların sayı xeyli azalıb.
Rusiya mediası xəbər verir ki,  Erməni Apostol Kilsəsinin Qüds Patriarxlığının arxiyepiskop Nurxan Manukyan 2021-ci ilin yayında  erməni məhəlləsinin cənub-qərbində yerləşən ərazini(25 faiz) iş adamı Daniel Rubinşteynə 99 illik icarəyə verilməsi haqqında müqavilə imzalayıb. Avstraliyalı iş adamı bu ərazidə  yeddiulduzlu otel tikmək niyyətindədir. Qüdsün qala divarı daxilində bir kvadrat metr torpağın qiyməti  6 min dollara çatır. Yəni qiymət Manhetten və ya Honq Konqdan bahadır. Buna görə də  bu əraziyə maraq çox böyükdür. 

rtrtrt.JPG (46 KB)
Amma iş orasındadır ki, ermənilər iki il keçməsinə baxmayaraq icarə verilmiş ərazini boşaltmaq istəmirlər. Hətta bir neçə tanınmış hüquqşünasların xidmətindən yararalanmaq istəyirlər ki, sövdələşməni  ləğv etsinlər. Ermənilərə görə, tarixdə torpaqların uzun müddətə icarəyə verilməsi faktiki olaraq onun itirilməsinə səbəb olub. Erməni patriarxlığı 1977-ci ildə mülkiyyətində olan torpaq sahəsini İsrail dövlətinə 40 il  müddətinə icarəyə verilib. Bu torpaqda dövlət  çoxmərtəbəli bina tikilib. 40 ildən sonra erməni patriarxlıq icarədə olan torpağı geri qaytarmağa çalışsa da, nəhayətdə  müqaviləni  uzatmağa razı oldu.  
Erməni icması otel tikmək istədikləri hissəsinin ətrafında mütəmadi olaraq etiraz aksiyaları keçirərək torpaq hüququnu müdafiə etməyə çalışır. Sakinlər deyirlər ki, torpağı kimin icarəyə götürməsi onları maraqlandırmır. “Kimin almasından asılı olmayaraq, bu mülk dünyadakı bütün ermənilərə məxsusdur” deyə, İsraildə də ərazi iddialarına girmək havasından vaz keçmirlər.   
Dekabrın  son günündə icarədar tərəf erməni məhəlləsində onlara 99 illiyə icarəyə verilmiş əraziyə gələrək qanuni hüquqlarını bərpa etmək istəyiblər.  Məlumatlara görə,  nəticədə qarşıdurma yaranıb və bir neçə yerli erməni ağır yaralanıb. Ermənilər yenə adətləri üzrə hay-küy yaradaraq guya onları bu məhəllədən zorla köçürülmək istədiklərini deyiblər. Fransanın Qüdsdəki konsulluğu da erməni yepiskopun imzaladığı müqaviləyə baxmayaraq, sırf kommersiya layihəsini siyasiləşdirib. Bəyanat verərək bildiriblər ki, ermənilərin Qüdsün qədim məhəlləsindən zorla köçürülməsinə imkan verilməyəcək. /Musavat.com / 
Tarix: 3-01-2024, 11:05
Xəbəri paylaş





Xəbər lenti