Türkiyədə son 22 ilin ən yüksək inflyasiyası qeydə alındı


Ötən ay Türkiyədə istehlak məhsullarının qiyməti və xidmət tarifləri (inflyasiya) əvvəlki ilin eyni dövrü ilə müqayisədə 64,77% bahalanıb.
Yeniavaz.com
Türkiyə Statistika İdarəsinə istinadən bildirir ki, bu son 22 ildə qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi sonuncu dəfə 2001-ci ildə bundan yüksək (68,5%) olub.
Ən yüksək bahalanma restoran və otel xidmətlərində qeydə alınıb – 93,24%.
Bundan başqa təhsil xidmətləri 82%, səhiyyə xidmətləri 79,6%, nəqliyyat xidmətləri 77%, qida və içkilər 72%, ev əşyaları 58,46%, bahalanıb.
Ən az artım mənzillərin qiymətlərində qeydə alınıb. Mənzillərin qiyməti son bir ildə 40,4% artıb.
Onu da bildirək ki, hazırda Türkiyə dünyada inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələrin ilk 5-liyində yer alır.
Tarix: 3-01-2024, 20:34
Xəbəri paylaş





Xəbər lenti