Paşinyanın papağı və ya “Nikol vektoru dəyişmir, imicini dəyişir”

Narine Mkrtçyan: “Siçan pişik imkan verdiyi qədər qaçar”
Ermənistanın Baş naziri Nikol Paşinyanın ötən ilin sonunda Rusiyaya səfəri və Avrasiya İqtisadi İttifaqının (Aİİ) toplantısında iştirakı erməni ictimaiyyətində tənqid edilməkdədir. AYNA erməni mediasına istinadən bildirir ki, erməni vətəndaş cəmiyyəti nümayəndələri hesab edirlər ki, Paşinyan Rusiyaya qarşı siyasətini davam etdirə bilmədi.
“Qafqaz” Mətbuat Klubunun sədri Narine Mkrtçyan deyib ki, Paşinyan Sankt-Peterburqa getməklə, Aİİ iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak etməklə inqilab zamanı verdiyi sözlərə xilaf çıxıb: “Nikol Vovaeviç deputat olduğu vaxt da, 2018-ci ildə inqilaba liderlik etdiyi vaxt da postsovet məkanında inteqrasiya birliklərini boykot edəcəyinə söz vermişdi. İndi sözünü tutmur”.
Jurnalist Paşinyanın Rusiyanın şimal paytaxtında təyyarədən endiyi zaman başındakı papağa istehza edib: “Paşinyan Ermənistanın vektorunu dəyişmir, imicini dəyişir. Ümumiyyətlə, Nikolun Rusiyaya münasibəti erməni xalq atalar sözü ilə dəqiq səciyyələnir - siçan pişik imkan verdiyi qədər qaçar”.
Tarix: 6-01-2024, 08:54
Xəbəri paylaş





Xəbər lenti