İsrail "Hizbullah"ın hərbi bazalarını vurdu: ölənlər var

 
İsrail Müdafiə Qüvvələri (IDF) Livanın cənubunda yerləşən "Hizbullah" hərbi bazalarına raket zərbələri endirib.
Publika.az bu barədə "Al Mayadeen" telekanalına istinadla xəbər verir.
Məlumata görə, İsrail qırıcıları Əl-Şərqiyyə və Kautariya əs-Sayyad bölgələrindəki hədəfləri hədəfə alıblar. Bu ərazilər Səidə və Nəbatiyyə şəhərləri arasında yerləşir.
"Hizbullah" hərəkatının "Telegram" kanalında son 24 saat ərzində bu təşkilatın yaradılmasda əməyi olan 5 döyüşçünü itirdiyi barədə məlumat yayılıb. Səbəb yəhudi dövlətinin hərbi qulluqçularının hücumları olub.
Tarix: 7-01-2024, 10:00
Xəbəri paylaş





Xəbər lenti