Rusiyada təyyarə böhranı dərinləşir - İki gündə beş sərnişin təyyarəsi sıradan çıxıb

Rusiyada təyyarə böhranı dərinləşir -
Rusiyada ən böyük aviadaşıyıcı olan “Aeroflot” ciddi texniki problemlərlə üz-üzə qalıb. Bazar ertəsi, noyabrın 8-də Phuket-Moskva reysi ilə uçmalı olan 400 sərnişin təyyarədəki texniki problemlər səbəbindən Tailanddan uça bilməyib.

“AzPolitika.info” xəbər verir ki, bu məlumatı Rusiyanın “Mash” Telegram kanalı yayıb.

“Aeroflot” bildirib ki, “Boeing 777-300ER” təyyarəsinin göyərtəsində yaranan nasazlıq səbəbindən uçuş bir gündən çox gecikib. Aviaşirkət tezliklə Phuketə lazımi ehtiyat hissələri gətirəcəyini vəd edir.

Qeyd edək ki, məruz qaldığı sanksiyalar səbəbindən Rusiyanın mülki avisiyası ciddi tənəzzül yaşamaqdadır və hazırda bu ölkənin sərnişin təyyarələri ən təhlükəli nəqliyyat vasitəsi hesab olunur.

Məlumatda bildirilir ki, Rusiya Federasiyasında iki gündə beş təyyarə uçuş zamanı sıradan çıxıb. Xoşbəxtlikdən bütün hallarda təyyarələri hava limanlarına endirmək mümkün olub. Lakin hadisələrin gedişi yaxın zamanlarda böyük təyyarə qəzalarının baş verəcəyini deməyə əsas verir.

Bundan az əvvəl Ukrayna Baş Kəşfiyyat İdarəsi Rusiya aviasiyasının sanksiyalar səbəbindən çökdüyünü göstərən məxfi sənədləri əldə edərək, dərc edib. Sənəddəki məlumatlara əsasən, 2023-cü ildə “Rosaviasiya”da qəzaların və texniki nasazlıqların sayı kəskin artıb. Rusiya uzun uçuş müddəti və ehtiyat hissələrinin kəskin çatışmazlığı olan təyyarələrlə bağlı ciddi çətinliklər yaşayır, buna görə də təyyarələrin 35% -dən çoxu sıradan çıxarılaraq, ehtiyat hissələri kimi istifadə edilib. Rusiya aviasiyasının ən problemli sahələri isə mühərriklər, eniş qurğuları və şassilərdir.

“Aeroflot”-a aid təyyarələrin bundan əvvəlki texniki problemi dekabrın 28-də Dubayda baş verib. Həmin vaxt şirkət təkər dəyişdirməyə 14 saat sərf edib. Ümumilikdə 2023-cü ilin dekabr ayının əvvəlindən Rusiyanın ən böyük aviadaşıyıcısının təyyarələri ilə bağlı daha altı insident baş verib.
Tarix: 10-01-2024, 09:05
Xəbəri paylaş





Xəbər lenti