Blinken Yaxın Şərq səfəri zamanı ərəb dövlətlərinə nə təklif edib?

Blinken Yaxın Şərq səfəri zamanı ərəb dövlətlərinə nə təklif edib?


Hurriyyet.az xəbər verir ki, "Semafor" portalı mənbələrə istinadla ABŞ-ın dövlət katibi Entoni Blinkenin Yaxın Şərq ölkələrinə səfəri zamanı Misir, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı da daxil olmaqla, ərəb dövlətlərini Yəməndəki "Ənsar Allah" hərəkatından olan husilərə qarşı koalisiyaya qoşulmaları üçün dilə tutduğunu, lakin onun bu niyyətinin baş tutmadığını yazıb.
Ərəb məmurlarının nəşrə verdikləri informasiyaya görə, "husilərə qarşı mübarizədə xüsusilə mühüm tərəfdaşlar olan" BƏƏ ilə Səudiyyə Ərəbistanı hərbi əməliyyatların yenidən başlanmasını dəstəkləməkdə maraqlı deyillər. Misir ilə Qətər də bu qəbildən olan əməliyyatlara qoşulmaq niyyətində deyillər - çünki bu, Yaxın Şərqdəki münaqişədə İsrailin və onun Qərbdəki müttəfiqlərinin tərəfində çıxış eləmək kimi görünə bilər.
Tarix: 12-01-2024, 11:58
Xəbəri paylaş





Xəbər lenti