Sankt-Peterburqda dəhşətli yanğın: Alovlanan anbarlarda minə yaxın insan qalıb – VİDEO



“Wildberries” (Vilberries) onlayn pərakəndə satış mağazasının Sankt-Peterburq yaxınlığında anbarı yanır. “AzPolitika.info” Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi yanğın sahəsinin artıq 50 min kvadratmetri keçdiyini açıqlayıb.
Yanğın başlayan zaman “Wildberries” anbarında minə yaxın insan olduğu bildirilir. Yanğın gecə və gündüz işçiləri arasında növbə dəyişikliyi zamanı baş verib. Sosial şəbəkələrdə binadan qaçan anbar işçilərinin görüntüləri yayılıb.
Rusiya mətbuatı yazır ki, anbar kompleksinin yandırılması yanğının ilkin versiyalarından biri kimi nəzərdən keçirilir.
78.ru telekanalının məlumatına görə, yanvarın 10-da axşam bu anbarın binası yaxınlığında miqrantlar arasında kütləvi dava baş verib. Telekanalın məlumatına görə, “Wildberries” şirkətinin əməkdaşı olan 33 yaşlı Azərbaycan vətəndaşı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, 35 yaşlı işsiz Tacikistan vətəndaşı da yaralanıb. Onun barəsində cinayət işi açılıb.
 


Tarix: 13-01-2024, 15:24
Xəbəri paylaş





Xəbər lenti