“İsrail Qəzzanın Misirlə sərhədini ələ keçirmək üçün əməliyyat planlaşdırır” – WSJ


“İsrail Qəzza zolağının Misirlə sərhədinə nəzarəti ələ keçirmək üçün əməliyyat planlaşdırır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə mənbələrə istinadən “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Adı açıqlanmayan İsrail və Misir rəsmiləri qəzetə bildiriblər ki, İsrail rəsmiləri Misirlə sərhəddə hərbi əməliyyat planlaşdırdıqları barədə Qahirəni artıq xəbərdar ediblər. “The Wall Street Journal”ın həmsöhbətləri ehtimal olunan vəzifələr arasında İsrail qüvvələrinin Qəzza zolağının cənub-şərqindən, İsrail və Misirə bitişik, Aralıq dənizinə qədər əraziyə yerləşdirilməsinin adını çəkirlər.
Qeyd olunur ki, İsrail təxminən iyirmi il ərzində Qəzza zolağının bir sərhədi istisna olmaqla bütün sərhədlərinə nəzarət edib. İndi yəhudi dövləti Fələstin anklavının cənub sərhədinə nəzarəti bərpa etməyə çalışır.
Tarix: 13-01-2024, 22:26
Xəbəri paylaş





Xəbər lenti