Belarus nüvə silahını özünün hərbi doktrinasına daxil edib

Belarus nüvə silahını özünün hərbi doktrinasına daxil edib
"Belarus Təhlükəsizlik Şurası Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrina sənədlərini nəzərdən keçirib..."
 

"Doktrinada ölkəmizə qarşı mümkün təhdidlərə cavab olaraq ölkə ərazisində yerləşdirilən taktiki nüvə silahının tətbiq edilməsi dəqiq müəyyən edilib..."
 
Belarusun işləyib hazırladığı yeni hərbi doktrina nüvə silahının tətbiqini nəzərdə tutur.
 
Moderator.az xəbər verir ki, bu barədə "golosameriki.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, Belarus Təhlükəsizlik Şurası "strateji planlaşdırmanın iki mühüm sənədini- Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinanı nəzərdən keçirib.
 
İclasın nəticəsi olaraq müdafiə naziri Viktor Xrenin hərbi təhlükəsizliyin təmin edilməsilə bağlı ölkədə qəbul edilmiş həlledici yönləndirmə barədə danışıb.
 
"Doktrina ünvanlı olub. Biz ölkəmiz üçün hərbi təhlükələrin mənbələrini dəqiq göstəririk...Buna əsasən risklərin, təhlükələrin və təhdidlərin meydana çıxacağı təqdirdə dövlətin görəcəyi tədbirləri müəyyən etmişik", - Belarus müdafiə naziri bəyan edib.
 
Onun sözlərinə görə, sənəddə dövlət orqanlarənın nə etməli olduğu və hansı funksiyaları icra edəcəyi dəqiq ifadə edilib. Əgər müttəfiqlərimizə (aydındır ki, söhbət Rusiyadan gedir) yardım lazım gələrsə, Belarusun necə hərəkət edəcəyi məsələsi də nəzərdən keçirilib.
 
"Yeni fəsil meydana çıxıb, burada biz öz müttəfiqlərimiz qarşıdında müttəfiqlik öhdəliklərimizi dəqiq müəyyən etmişik", - müdafiə naziri dəqiqləşdirib.
 
Doktrina həmçinin hansı hallarda nüvə silahının tətbiq ediləcəyi dəqiq təsvir edilir.
 
"Ölkəmizin təhlükəsizliyinə qarşı mümkün təhdidlərə cavab çərçivəsində biz ölkə ərazisində yerləşdirilən taktiki nüvə silahının tətbiq edilməsini dəqiq müəyyən etmişik və Belarus Respublikasının baxışlarını çatdırmışıq", - Viktor Xrenin deyib.
 
Belarus hakimi Aleksandr Lukaşenko təsdiq edib ki, yeni hərbi doktrinada "hərbi-siyasi vəziyyətlə bağlı baş verən əsaslı dəyişikliklər əks etdirilib, yeni hərbi təhlükələr tam həcmdə nəzərə alınıb". 
 
Onun sözlərinə görə, müasir hərbi münaqişələrin müəyyən edilməsinə Belarusun hərbi cəhətdən müdafiə olunması üçün adekvat cavabların işlənib hazırlanması maraqları nöqteyi-nəzərindən yanaşmalar yenilənib.
 
Lukaşenko xatırladıb ki, ötən il Təhlükəsizlik Şurasının iclasının yekunu olaraq o, milli təhlükəsizliyin yeni konsepsiyasının  hazırlığına qeyri-formal yanaşmaya keçilməsi, onun elmi və ekspert birliyi nümayəndələri, kütləvi informasiya vasitələrini cəlb etməklə ictimaiyyətin geniş müzakirəsinə çıxarılması ilə bağlı müvafiq tapşırıqlar verib.
 
Təhlükəsizlik Şurasının iclasının gedişində Lukaşenko iştirakçılardan təklif edilən dəyişikliklər və əlavələrlə razı olduqları, yaxud başqa təkliflərin olduğu ilə maraqlanıb. Müxbirlərin hesabatına əsasən, Təhlükəsizlik Şurası üzvlərindən kimsənin etiraz etməyə cəsarəti çatmayıb.
 
Hərbi doktrinanın Belarusda parlamentlə paralel olaraq fəaliyyət göstərən Ümumbelarus Xalq Toplantısının təsdiqinə təqdim edilməsi planlaşdırılır.
 
Təhlükəsizlik Şurasının katibi Aleksandr Volfoviç bəyan edib ki, Rusiyanın Belarusda yerləşdirdiyi nüvə silahı NATO üzvü olan Polşa tərəfindən təcavüzün qarşısının alınmasına yönəlib.
 
"Təəssüf ki, qonşularımızın, o cümlədən Polşanın bəyanatları bizi hərbi doktrinamızı gücləndirməyə vadar edib", - o, deyib.
 
Amerikanın müharibənin öyrənilməsi İnstututu (ISW) analitiklərinin fikrincə, yeni hərbi doktrina 2023-cü ildə Belarus ərazisində Rusiyanın nüvə silahının yerləşdirilməsini əks etdirmək üçün işlənib hazırlanıb.
 
Hesabatda deyilir ki, ilk dəfədir ki, Belarusun yeni hərbi doktrinası Rusiyanın taktiki nüvə silahının tətbiqini nəzərdə tutur.
 
Ekspertlərin fikrincə, taktiki nüvə silahı ilə bağlı yeni doktrinanın tətbiqinin xüsusiyyətləri hələlik aydın deyil.
 
Amerika analitikləri Rusiya və Belarusun nüvə eskalasiyasına can atmasının hər-hansı əlamətlərini aşkar etməyib və Rusiya və ya Belarus tərəfindən nüvə silahının tətbiq edilməsinin az ehtimal olduğunu hesab etməkdə davam edir.
 
Xatırladaq ki, bu günlər Bundesverin Almaniyanın "Bild" qəzetində dərc edilən məxfi planında Rusiyanın NATO ölkələrinə hücum edəcəyi təqdirdə Almaniya silahlı qüvvələrinin fəaliyyət strategiyası işlənib hazırlanıb.
 
Sənədə əsasən, Putin artıq bu ilin fevral ayında Şimali Atlantika Alyansı ölkələri ilə müharibəyə başlamağı planlaşdırır.
Tarix: 18-01-2024, 11:12
Xəbəri paylaş





Xəbər lenti