KİV: Donetskdə bazar atəşə tutulub – 25 nəfər ölüb


Rusiya KİV Ukrayna Silahlı Qüvvələrinin Donetskdə bazarı atəşə tutduğunu yazır.
Yeniavaz.com
xəbər verir ki, 25 nəfərin öldüyü, ən azı 20 nəfərin isə yaralandığı bildirilir.
TASS yazır ki, bazar Kuraxovski və Krasnoqorovski istiqamətlərindən 152 mm və 155 mm çaplı mərmilərlə vurulub.
Rusiya İstintaq Komitəsinin Donetsk Xalq Respublikası üzrə istintaq idarəsi ölənlər arasında iki uşağın olduğunu bildirib.
Hələ ki, Ukrayna tərəfi məsələyə rəsmi münasibət bildirməyib.
Tarix: 21-01-2024, 21:13
Xəbəri paylaş





Xəbər lenti