NASA: Mars helikopteri ilə Yer arasında əlaqə kəsildi


"İngenuity" helikopterinin operatorları Marsa 72-ci uçuşundan sonra cihazla əlaqəni itiriblər.

Axar.az xəbər verir ki, NASA insidentin yanvarın 18-də baş verdiyini açıqlayıb.


Bildirilir ki, o, nəzərdə tutulan maksimum 40 fut (12 metr) yüksəkliyə uğurla qalxıb. Planlaşdırılan eniş zamanı helikopterlə rover arasında əlaqə kəsilib.

“İngenuity” komandası mövcud məlumatları təhlil edir və helikopterlə əlaqəni bərpa etmək üçün növbəti addımları nəzərdən keçirir”, - məlumatda bildirilib.

NASA mütəxəssisləri “Preservance” roverini “İngenuity”in nəzərdə tutulan eniş yerinə göndərmək niyyətindədir, çünki maşınlar indi bir-birindən müəyyən məsafədə yerləşir. Roverin kameralarından istifadə edərək helikopterin yoxlanılması onun vəziyyətini qiymətləndirməyə kömək edəcək.

Marsda olduğu müddət ərzində “İngeniuty” ümumilikdə 17,7 kilometr uçub və qırmızı planetin səmasında 128 dəqiqə vaxt keçirib. Qurğu hava kəşfiyyatını həyata keçirir və “Preservance” roverinə optimal marşrutlar tərtib etməyə kömək edir.
Tarix: 21-01-2024, 21:20
Xəbəri paylaş





Xəbər lenti