Pentaqon: Qərb Ukraynaya ilk F-16-ları vermək niyyətindədir

Qərb 2024-cü ildə ilk F-16 qırıcı-bombardmançı təyyarələrini və onlara xidmət göstərəcək avadanlıqları Ukraynaya təhvil verməyi planlaşdırır.
AYNA-nın APA-ya istinadən məlumatına görə, bunu ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisi Selest Uollander deyib.
“Biz koalisiya olaraq çalışırıq... Biz Ukraynanın 2024-cü ildə F-16 proqramı üçün ilkin əməliyyat hazırlığını hədəfləyirik.
Bu, aviasiya təlimi, platformalar və əlavə olaraq, texniki hazırlığı, infrastruktur və ehtiyat hissələri, döyüş sursatı - Qərb koalisiyasının cavabdeh olduğu bütün komponentləri əhatə edəcək”, - Pentaqonun sözçüsü bildirib.
O, məsələ barədə Kiyevə silah və hərbi texnikanın tədarükünü koordinasiya etmək üçün təmas qrupunun iclasından sonra xüsusi brifinqdə danışıb.
Tarix: 24-01-2024, 09:10
Xəbəri paylaş





Xəbər lenti