Ukrayna Rusiyanın istənilən nöqtəsini vura bilər - ABŞ icazə verib

    


Ukrayna Rusiyanın istənilən nöqtəsini vura bilər -
ABŞ hakimiyyəti Ukraynaya təkcə Xarkov vilayətinə deyil, digər ərazilərə də hücum edən Rusiya qüvvələrinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verib.

“AzPolitika” xəbər verir ki, bunu “Politico” nəşri ABŞ hakimiyətindəki mənbələrə istinadla yazıb.

Məlumata görə, bu həftə Ağ Evin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan PBS-yə deyib ki, Ukrayna ilə razılaşma Amerika silahları ilə “rus qoşunlarının əlavə Ukrayna ərazisini ələ keçirmək üçün sərhədi Rusiya tərəfdən Ukrayna tərəfinə keçdiyi istənilən yerə zərbə endirməyə imkan verir".

Ceyk Sallivan deyib: “Bu, coğrafiya ilə bağlı deyil. Söhbət sağlam düşüncədən gedir. Əgər Rusiya Ukraynaya öz ərazisindən hücum edərsə və ya ona hücum etmək niyyətindədirsə, Ukraynaya xaricdən ona hücum edən qüvvələrə cavab tədbirləri görməsinə icazə vermək məntiqlidir”.
Tarix: 21-06-2024, 15:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}