Ermənistan Rusiya ilə daha bir körpünü yandırır - KİV

Ermənistan Rusiya ilə daha bir körpünü yandırır
Baş nazir Nikol Paşinyanın Ermənistan və Belarus arasında rəsmi münasibətlərin dayandırması ilə bağlı bəyanatından sonra Ermənistanın rəsmi nümayəndə heyəti Belarusa getməmək və illik “Slavyan bazarı - 2024” beynəlxalq musiqi festivalında iştirak etməmək qərarına gəlib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadə bildirir ki, bu barədə Şarl Aznavur adına İrəvan Dövlət Mədəniyyət və İncəsənət Kollecinin yaydığı məlumatda deyilir.
Bildirilib ki, “Slavyan bazarı - 2024” beynəlxalq festivalı bu il iyulun 8-dən 18-dək Belarusda keçiriləcək.
“Dünyanın bütün xalqlarını bir dil - mədəniyyət birləşdirir, ona görə də bu illər ərzində yaradılanları, məhz erməni-belarus mədəni əlaqələrini qiymətləndirməmək mümkün deyil. Ümid edirik ki, yaranmış siyasi xaos yaxın gələcəkdə sevgi və həmrəylik əsasında aradan qaldırılacaq, iki xalq arasında dostluq münasibətləri tezliklə bərpa olunacaq”, - deyə bəyanatda vurğulanıb.
Məlumat üçün qeyd edək ki, Belarusun Vitebsk şəhərində keçiriləcək festivalda Azərbaycanı Aynişan Quliyeva, uşaq müsabiqəsində isə “Gentlmen” qrupu təmsil edəcək.
Tarix: 27-06-2024, 08:40
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}