TƏHSİLDƏKİ əsas SİSTEM-SİZ-LİK.! GÜNÜMÜZÜN REALLIĞI!


Təhsil sahəsi çox maraqlıdır. Təsəvvür edin, uşaq hətta məktəbəhazırlıq üçün kursa yazılır, sonra məktəb oxuyur, elə eyni zamanda həmin müəllimə hazırlığa da gedir. KSQ və BSQ-lərdən yüksək nəticə əldə etmək üçün hazırlığa gedirlər. Daha sonra buraxılışa hazırlaşırlar.
Məktəbi bitirməmiş abituriyent olaraq blok imtahanına hazırlaşırlar. Sonra universitetə gedəndə özünü inkişaf etdirməlisən, kurs işi yazdırmalısan deyə-deyə kursa müraciət edirlər. Tam Univeristeti bitirərkən universitetlər kursları universitetə dəvət edir, "kiçik bir şirinlik" qarşılığında yenidən MİQ-ə hazırlaşırlaşırlar. Daha sonra sertifikasiyaya hazırlaşmaq üçün kursa yazılıb yenə imtahana hazırlaşırlar.


Belə qənaətə gəlmək olar ki, təhsildə düz gedən və dəyişməyən yeganə şey kurslardır. Maşallah, getdikcə də inkişaf edir. Təsəvvür edin, əvvəl 2-3 ay zəif olduğun fəndən hazırlıq olurdu, sonra bir 1 oldu bu vaxt. Ən son dedilər ki, 9-cu sinifdən hazırlaşmaq proqramı çatdırmaq üçün daha uyğundur. İndi isə kurikuluma keçəni artıq birinci sinifə başlamamışdan əvvəl kursa yazılırlar. Nə məktəb, nə də dərnəklər heç bir işə yaramır.

Madam ki, təhsil sistemi heç bir işə yaramır, heç bir keyfiyyətli, səmərəli təhsildən söhbət getmir, bu qədər lazımsız mərhələlərə ehtiyac varmı? Uşaq getsin kursa universitetə imtahan versin. Sonra kursa getsin Univeristeti bitirmək üçün imtahan versin. Daha bağça, məktəb, universitet falan nəyə lazımdır?!

Onsuz bu şəraiti yaradan ETN özüdür. Məlum məsələdir ki, bütün şəraiti özləri yaradır. DİM ordan problem çıxardır və qazanır. ARTİ burdan kitab vermir, test vermir, kurslara işləyir qazanır, ETN təlimləri, yersiz layihələri, işəyaramaz yenilikləri ilə qazanır. Demək olar ki, hər sahədə nüfuzlu bir şəxs kurs işlədir, kitab çıxardır. Bunun üçün sizə lazım olan ya çox pul, ya yaxşı əlaqədir. Çünki artıq özbaşınalıqdır. Elə hər kurs, kitab, müəllim üçün, suallar, sınaqlar üçün şərait yaradıldıqda belə də olmalıdır. Təbii ki, o yaradılışların da əsasında icazə, yəni "şirinlik", "aylıq" və s. durur. Beləliklə hər kəs qazanır, insanlıq itirir.

Ölkədə təhsildən çox kurs, təlim, layihələr var. Adicə müəllim hazırlayan ADPU özünü satışa çıxarıb. Burda Cəfər Cəfərov və işçiləri "şirinlik" alaraq IV kurs tələbələrini MİQ imtahanı üçün satışa çıxarır. Təsəvvür edin, o qədər rahatlıq var ki, öz səhifələrində belə paylaşırlar: "ADPU professorları, alimləri, elmlər doktorları heç nə öyrədə bilmir, milyoner, biznesmen biri, adamı olan biri kitab çıxarıb əzbərləyib" bütün Univeristeti imtahana hazırlayacaq! ADPU elə bu addımı ilə günümüzün müəllimlərini dəyərini ortaya qoyur. Elə ADPU-nun filiallarında da belədir: Baxın, Cəlilabad filialında Mənzilə Rəhimova Cəfər Cəfərovdan "şirinlik" lə icazə alıb kurs açıb bütün tələbələri hədələyib kursa getməyə məcbur edir.

Bu belə davam edir. Regionallar kurslarla anlaşır, müəllimlər üçün xüsusi anlaşıb "şirinliklə" guya ən yaxşı müəllimi öz müəllimləri üçün seçirlər. Ya da özləri kurs açırlar.

ETN, ARTİ, BŞTİ, Univeristetlər Regionallar bu siyasəti davam etdirirsə, məktəblərə nə gəlib. Məktəblər də öz növbəsində kurs açır, müəllimləri və şagirdləri bu kursda oxumağa təhrik edirlər. Valideynlər də məcburən övladlarının günü xoş olsun, onunla maraqlansınlar, nəsə pislik etməsinlər deyə boyun əyir.

Adı da olur TƏHSİL SİSTEMİ... Təhsil yoxdur, sistemi ola... Kurs sistemi desəydilər daha yaxşı olardı. Bu qədər mənfəətgüdən insanları Emin Əmrullayev necə vəzifəyə gətirir? Necə bu qədər şeyə göz yumur?

MÜTDA - da orda o qədər problem qalıb, qanunsuzluq qalıb gedib anormal bir yerdə hər yerdə olan səbəblərdən birini işdən çıxarır. Çox təəccübləndik?! O araşdırmanı etmək üçün hansısa rayonun, hansısa kəndinə gedib çıxmağa ehtiyac yoxdur. Elə başınızı fırladın Bakı şəhəri hamısı eyni gündədir. Liseylər belə bu gün əvvəl hazırlıq keçir sonra şagird götürür. Ordan da nə qədər pul götürürlər. Bakı Avropa Liseyi, Atatürk, Dəyanət, İstanbul və b.
Direktor, müavin pulla, adamla seçilə-seçilə gedirsə, nə gözləyirsiz? Bir baxın Regionalların rəhbərinə pedaqoji fəaliyyətdən anlayışı yoxdur amma təhsildə yaxşı pul var deyib yaşayırlar.

Əvvəllər kitab yazan, test yazan, sual verən, bunker falan heç bilinməzdi. İndi diplomunda magistratura metodika oxumayan adi biri repetitor çalışır. Niyə bu qədər insanlıq metodika diplomu tələb etmir? ARTİ işçilərinə baxırsan ancaq onun-bunun adamları. Kənarda çox gözəl sahəsi üzrə mütəxəssislər varkən ancaq kiminsə tanışları işə qəbul edilir.

ETN işçilərinin çoxunun təhsillə yaxından uzaqdan əlaqəsi yoxdur. Üstəlik maraqlı budur ki, təhsillə əlaqəsi olanlar da xoşlarına gəlmir. Yenə də qohum - tanış, varlı yığılır gedir.

DİM-i deməyə dəyməz. Eyni şeylər...

TKTA kimin günahıdır məlum deyil.
Niyə yaradıldığını əminəm ki, özü də anlamır. Götürüb xarici ölkələrdən bir şeyləri özünküləşdirmədən sərt şəkildə etməyə çalışır, işçilərin heç bir meyara əsaslandırmadan qəbul edir, kankret vəzifə və fəaliyyət planları yoxdur. Sadəcə qoyduqları məqsəd üzrə bir şeylər etməyə çalışırlar. Üstəlik agentlik olduğunu vurğulayıb ancaq pul müəyyənləşdirib pulu almağa çalışır.
Ən təhlükəli olanı da budur. Bir sürü lazımsız təlim keçirib pul tələb edirlər. Qətiyyən lazımlı olmayan bir qurumdur. Ləğv edilib ARTi-yə və ETN-ə verilməlidir...

İndi onsuz kursları yavaş-yavaş təlim və layihələr əvəz edir. Elə bil üçəmdirlər bunlar. Nə qədər lazımsız layihə olar, nə qədər lazımsız təlim olar... Camaat bir ayda qazandığın heç savadı olmayan, kim olduğu bilinməyən, şəkil çəkdirmək və sertifikat almaq üçün bir yerlərə gedir, adı çıxsın, eqosunu tatmin etsin deyə edir, yuxarıdan əmr gəldi deyə məcburiyyətdən gedir, bəlkə onu da vəzifəyə götürərlər deyə ümidindən gedir ya da Dövlət Qurumları pula götürmək üçün təlim yazır və getmirlər...

https://tehsilmedia.az/arasdirma/11208-thsildki-sas-sistem-siz-lik-gunumuzun-realligi.html?fbclid=IwZXh0bgNhZW0CMTEAAR1xY6kDgpx6M2QGAmsxAZ6JIDdxNQNJPIuVwqG5EXw8FXX2Ap9kTXUBjXQ_aem_EvomYXqT3CH8n6JRdHwzVA
Ardı var...
Tarix: 27-06-2024, 16:35
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}