İsrail Ermənistana xəbərdarlıq etdi


“İrəvanın Fələstin dövlətçiliyini tanıması onun İsraillə münasibətlərinə mənfi təsir göstərəcək”.
Yeniavaz.com 
xəbər verir ki, bunu İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman teleqram kanalında yazıb.
“Ermənistanın Fələstin dövlətini tanıması HƏMAS və digər Fələstin qruplarından olan terrorçular və qatillər üçün bir mükafatdır” – müşavir bildirib.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyanat edib ki, İrəvan beynəlxalq hüquqa və xalqların bərabərlik, suverenlik və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini təsdiq edərək, Fələstin dövlətini tanıyır. Buna cavab olaraq İsrail Xarici İşlər Nazirliyi Ermənistanın yəhudi dövlətindəki səfirini “ciddi töhmət vermək üçün” çağırıb.
Tarix: 22-06-2024, 10:44
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}