Dağıstanda öldürülən polislərin sayı 5-ə çatdı: Mahacqalada döyüş gedir



Rusiyanın Dərbənd və Mahacqala şəhərlərində kilsə və sinaqoqa hücum edən naməlum şəxslərin açdığı atəş nəticəsində 5 polis əməkdaşı öldürülüb.
Rusiya telegram kanalları hazırda hər iki şəhərdə təhlükəsizlik qüvvələrinin ayağa qaldırıldığını, Mahacqalada hərbi toqquşmaların baş verdiyini yazırlar.


Kilsə və sinaqoqa hücum edənlərdən 2 nəfəri məhv edilib. Bu barədə Baza telegram kanalı məlumat və video yayıb. Videoda asfaltın üzərində iki qara paltarlı şəxsin meyiti görünür.
Rusiya DİN Volkswagen Polo avtomobili ilə hadisə yerindən qaçan şəxslərin axtarışlarının davam etdiyinə dair məlumat yayıb.
Bəzi Telegram kanalları ölənlərin sayının daha çox olduğunu deyirlər.
Dərbənddə hücuma məruz qalan sinaqoqda güclü yanğın başlayıb.
Rusiya DİN Mahacqalanın Maqomedhacıyev küçəsində döyüş getdiyini açıqlayaraq, vətəndaşları o ərazidən uzaqlaşmağa çağırıb.
Musavat.com
***
21:02
Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində naməlum şəxslərin hücumu nəticəsində 1 polis əməkdaşı həlak olub, 6-sı yaralanıb.
Bu barədə Dağıstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Mahaçqalada ilkin olaraq bir polis əməkdaşı həlak olub, altısı yaralanıb”, – məlumatda deyilir.
Mülki əhali arasında yaralı və ölənlərin olmadığı qeyd edilir. “BAZA” teleqram kanalı məlumat yayıb ki, polis əməkdaşlarına hücum edən iki terrorçu məhv edilib.
Bundan əvvəl Dağıstanın Dərbənd şəhərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutub.//Report
Tarix: 23-06-2024, 22:38
Xəbəri paylaş





Xəbər lenti

{sape_links}{sape_article}