BBC: "COP29-un baş icraçı direktoru mədən yanacaqlarının təbliği ilə məşğuldur"


COP29-un baş icraçı direktoru Elnur Soltanov mədən yanacaqları barədə mümkün müqavilələrin müzakirəsinə dair görüş təşkil edə bilərdi.

BBC-nin məlumatına görə, Soltanov həmin təklifi videobağlantı zamanı "Global Witness" təşkilatının özünü sərmayəçi kimi tanıdan əməkdaşına söyləyib.

"Mən sizin komandanızla onların [SOCAR] komandası arasında əlaqə yaratmaqdan məmnun olaram ki, onlarla müzakirələrə başlaya bilsinlər", - Soltanov "sərmayəçi"yə belə deyib.

Soltanov COP29-un baş icraçı direktoru olmaqla yanaşı, SOCAR İdarə Heyətinin üzvü və Azərbaycan energetika nazirinin müavinidir.

2015-ci il Paris Sazişinin imzalanmasına nəzarət etmiş kosta-rikalı diplomat, BMT təmsilçisi Kristiana Fiqeres belə davranışı qəbuledilməz sayaraq bunu COP prosesinə "xəyanət" adlandırıb.

Xatırlatma

Artıq ikinci ildir ki, BBC COP-a ev sahiblik edən ölkənin pozuntusunu üzə çıxarır. 

Ötən il BBC-yə sızdırılan bilgilərə görə, BƏƏ neft və qaz sövdələşmələrini irəlilətmək üçün COP28-ə ev sahibliyindən sui-istifadə edib.

Hakimiyyətyönlü media yaxınlarda Azərbaycanın COP29-a sədrliyi əleyhinə növbəti mənfi nəşrlər dalğasının başladılacağını iddia edib. 

"Report"un bilgisinə görə, belə təbliğatın əsas iştirakçıları Azərbaycana qarşı "ifşaedici" nəşrləri ilə tanınan beynəlxalq qeyri-hökumət təşkilatı "Global Witness" və BBC-dir.

COP29 BMT İqlim Dəyişikliyi Konfransı noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək.
Tarix: 9-11-2024, 17:43
Xəbəri paylaş





Xəbər lenti