İnsanlar maaş və pensiyalarını ala bilmir- Ağdamda narazılıq

İnsanlar maaş  və pensiyalarını ala bilmir- Ağdamda narazılıq Ağdamda sakinlər maaş və pensiyalarını ala bilmirlər. Buna səbəb isə bankomatlara vəsaitin yatırılmamasıdır.

Bu barədə Cebhe.infoya məlumat verən Ağdam sakinləri günlərdir ki, maaşlarının ala bilmədiklərini bildiriblər: "Artıq günlərdir plastik kartlarımıza pul keçsə də maaşlarımızı ala bilmirik. “Kapitalbank”ın kəndlərdə yerləşən bankomatlarına, həm də rayonun mərkəzi Quzanlı qəsəbəsində yerləşən bankomatına pul keçirilmir. Ona görə də sakinlər məcbur qalıb qonşu rayonlara, Bərdəyə, Ağcəbədiyə üz tuturlar. Orda da o qədər növbə olur ki, insanlar günlərlə ala bilmirlər. Yevlaxa getmək məcburiyyətində qalırıq artıq. Bu barədə “Kapital BANK”ın yerli şöbəsinə müraciət də etmişik, hələ də pullar keçirilmir".

“Kapitalbank”ın Ağdam şöbəsi ilə əlaqə saxlamağa cəhd etsək də buna nail ola bilmədik. Məsələni diqqətdə saxlayacağıq.
Tarix: 1-01-2017, 19:48
Xəbəri paylaş





Xəbər lenti