Ölkə başçısına müraciət edən şəhid atasından ilginc faktlar

Ölkə başçısına müraciət edən şəhid atasından ilginc faktlar “Cənab prezident, cənab Ramiz Mehdiyev mən və oğlum sahibkarlıq fəaliyyəti ilə məşğuluq. Lakin Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev bizi müflis edib”. Bu sözlər Ağdam rayonundan məcburi köçkün, şəhid atası Əli Hüseynov ölkə başçısı İlham Əliyevə və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə növbəti müraciətindəndir. Şəhid atası müraciətin bir surətini də redaksiyamıza ünvanlayıb. Əli Hüseynov yazır ki, Sahibkarkığa Kömək Milli Fondundan kredit almaq istəsələr də, onların qarşısında müəyyən şərtlər irəli sürülüb:” Bu şərtləri qəbul etmədiyimizə görə Şirzad Abdullayev bizə vəsait ayırmaq istəmir. Bununla bağlı müvafiq qurumlara şikayətimizdən sonra Yasamal Rayon Prokurorluğunda araşdırma başlanıb. Biz lazım olan bütün materialları, faktları prokuroluğa təqdim etmişik. Eyni zamanda ifadəmiz alınıb. Lakin Baş Prokurorluqda istintaqa nəzarət şöbəsinin rəisi Nazim Abbasov faktla bağlı cinayət işinin başlanmasına mane olur və şikayətimiz araşdırılması olması şikayətçi olduğumuz orqana göndərilir.



Cənab prezident, cənab Ramiz Mehdiyev mən zəhmətkeş sahibkaram. Öz hesabıma icarəyə götürdüyüm torpağı şoranlıqdan təmizləmişəm. Məqsədim təsərrüfatı genişləndirmək və bununla da yeni iş yerləri açmaqdır. Amma məqsədli şəkildə buna mane olurlar. Yalan danışmadığımı sübut etmək üçün gördüyüm işi videolentə aldırmışam və sizə təqdim edəcəm. Təəssüf ki, bəzi dövlət rəsmiləri sizin sərəncamların ziddinə hərəkət edir. Məsələn, Nazim Abbasov bizimlə bağlı baş prokuror Zakir Qaralova yanlış məlumatlar verir. Bu səbəbdən də baş prokurorun qəbuluna düşə bilmirəm ki, dərdimi deyim. Halbuki mən ona müraciətlərimdə məcbur qalaraq mərhum Heydər Əliyevin ruhuna and vermişdim ki, məni qəbul etsin. Cənab prezident, qanunu pozan “prokurorlar” mənə deyirlər ki, sən vəsait istədiyinə görə şikayətini İqtisadiyyat Nazirliyinə göndəririk. Halbuki bizim tələbimiz prokurorluğa təqdim etdiyimiz faktların araşdırılmasıdır. Biz istəyirik ki, baş vermiş hadisəyə hüquqi qiymət verilsin. Mən artıq bu sistemə inanmıram. Ona görə də Sizdən artıq dərəcədə xahiş edirəm ki, məni qəbul edib şikayətimi şəxsən dinləyəsiniz və problemin həllinə kömək edəsiniz. Yaxud şikayətimi inandığlnız qurumların birinin araşdırılması barədə göstəriş verəsiniz”.
Tarix: 3-01-2017, 21:01
Xəbəri paylaş





Xəbər lenti