Rayon rəhbəri Birinci Qarabağ Müharibəsi şəhidi Mehrac Mahmudovun ailəsini ziyarət edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon
təşkilatının sədri Eldar Əsədovla birlikdə Səhləbad kəndində “Azərbaycan Bayrağı” ordenli
Birinci Qarabağ müharibəsi şəhidi Mahmudov Mehrac Məhəmməd oğlunun ailəsini ziyarət
edib, 
onların problemləri və qayğıları ilə maraqlanıb.
Görüşdə rayon rəhbəri Birinci Qarabağ müharibəsində, 44 günlük Vətən müharibəsində və
lokal xarakterli antiterror əməliyyatları zamanı tərtərli oğulların döyüşlərdə göstərdiyi
sücaətlərdən söhbət açıb, hər birinin qısa, lakin mənalı ömür yolunun gənclərə örnək
olduğunu, belə igid oğullar böyütdükləri üçün şəhid valideyinləri qarşısında baş əydiyini
bildirib, qazanılan tarixi zəfərdən sonra işğaldan azad olunmuş torpaqlarda aparılan
nəhəng quruculuq işlərindən söhbət açıb.
Qeyd Edək ki, Mehrac Mahmudov 1958-ci il yanvar ayının 17-də Tərtər rayonunun
Səhləbad kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində aldıqdan
sonra 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək keçmiş Sovet Ordusu sıralarında
həqiqi hərbi xidmətdə olmuşdur. Əvvəllər Narçılıq sovxozunda fəhlə, Qarabağ hadisələri
başlayan vaxt isə Tərtər İctimai İaşə Birliyində işləyirdi. Erməni işğalçılarına qarşı
vuruşmaq üçün könüllü olaraq qardaşı Arifin xidmət etdiyi “Tərtər özünümüdafiə
batalyon”una gəlir. 1992-ci il fevral ayının 26-da Xocalı hadisəsi zamanı Tərtər
özünümüdafiə batalyonu Seysulan  Yarımca kəndlərinə ilk hücum etdiyi vaxt
M.Mahmudov batalyona rəsmi qəbul edilmədiyi halda belə bu faciəyəyə dözə bilməyib,
hərbçilərlə birlikdə bu döyüşdə xüsusi fəallıq göstərdi. Sonradan 02 aprel 1993-cü il tarixdə
o, çavuş rütbəsi ilə vzvod komandiri kimi Tərtər özünümüdafiə batalyonunun şəxsi heyətinə
daxil edildi. Bundan sonra o, hərbi fəaliyyətini daha da genişləndirdi. M.Mahmudov Ağdərə
bölgəsində Levonarx, Akop-Kamari, Qırmızıkənd, Daş karxanası adlanan yerlər uğrunda
gedən döyüşlərdə düşmənin bir neçə texnikasını və canlı qüvvəsini şəxsən məhv etmişdir.
1993-cü il sentyabr ayında 190 saylı hərbi hissəyə dəyişdirilib və Ağdam bölgəsində gedən
döyüşlərdə şücaətlər göstərmişdir. 23 aprel 1994-cü il tarixdə Ağdam rayonunun İlxıçılar
kəndi uğrunda gedən döyüşdə şəhid olmuşdur. O, ölümündən sonra, 1998-ci il iyun ayının
24-də torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində göstərdiyi xüsusi
xidmətlərinə, şəxsi igidlik  şücaətinə görə “Azərbaycan Bayrağı” ordeni ilə təltif
olunmuşdur.
Evli idi. Xəyalə və Aygün adlı iki qızı, Ziya adlı bir oğlu var.
Səhləbad kənd qəbiristanlığında dəfn olunub.
Şəhidin ailə üzvləri şəhid ailələrinə  qazilərə göstərilən diqqət  qayğıya görə
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə  Birinci vitse-prezident
Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
 
Tarix: 8-07-2024, 23:11
Xəbəri paylaş





Xəbər lenti