İcra başçısı İsmayılbəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidi Şəmil Quliyevin anasının yas mərasimində iştirak edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər rayon
təşkilatının sədri Eldar Əsədovla birlikdə rayonun İsmayılbəyli kəndində Birinci Qarabağ
müharibəsi şəhidi Quliyev Şəmil Əli oğlunun anası Quluyeva Adilə Abış qızının yas
mərasimində iştirak edib, mərhumun ailə üzvlərinə başsağlığı verib.
Qeyd edək ki, şəhid Quliyev Şəmil Əli oğlu 1972-ci il yanvar ayının 19-da Tərtər rayonunun
İsmayılbəyli kəndində anadan olmuşdur. Orta təhsilini həmin kənd orta məktəbində
aldıqdan sonra 1990-cı il may ayının 28-də keçmiş Sovet Ordusu sıralarına hərbi xidmətə
çağırılmışdır. Sovetlər İttifaqının dağılması ilə əlaqədar həqiqi hərbi xidmətini yarımçıq
qoyaraq doğma ismayılbəyli kəndinə qayıtmış və bir müddət kolxozda işlədikdən sonra
fevral 1992-ci il tarixdən rayon hərbi komissarlığı tərəfindən Milli Ordu sıralarına təkrar
hərbi xidmətə çağırılmışdır. Xidmət etdiyi 703 saylı hərbi hissənin tərkibində Ağdərə
bölgəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə iştirak etmişdir. 1994-cü il yanvar
ayının 7-də Levonarx kəndi ətrafında gedən döyüşdə şəhid olmuşdur.
Evli idi. Şahin adlı bir oğlu var. İsmayılbəyli kənd qəbiristanlığında dəfn edilib.
Mərhumun yaxınları şəhid ailələrinə göstərilən diqqət  qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım
Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 21-08-2024, 09:53
Xəbəri paylaş





Xəbər lenti