Tərtər rayonunda toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib


Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə bölgələrdə toxum
sərgi-satış yarmarkaları davam edir. Mövsümün növbəti toxum sərgi-satış yarmarkası və
Aqrar Biznes Festivalı Tərtər rayonunda keçirilib.
Tədbirə Qarabağ iqtisadi rayonu üzrə Tərtər, Ağcabədi, Ağdam, Bərdə rayonlarından
ziyarətçi qismində fermerlər qatılıblar.
Ənənəvi olaraq keçirilən toxum sərgi-satış yarmarkalarında Kənd Təsərrüfatı Nazirliyinin
qurumları, digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, toxum istehsalı və satışı ilə
məşğul olan iri şirkətlər, həmçinin kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli
şirkətlər iştirak ediblər.
Festivalda kənd təsərrüfatı təyinatlı məhsul və texnologiyalar, müxtəlif dənli və tərəvəz bitki
sortlarının sertifikatlı toxumları iştirakçılara nümayiş olunub.
Festival çərçivəsində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər
Konfransının 29-cu sessiyası (COP29) təşəbbüsünün prioritetlərinə uyğun olaraq məhsullar
sərgilənib. Sərgi bölməsində alternativ enerji qurğuları, ekoloji məhsullar, iqlim dəyişikliyinə
davamlı yerli meyvə-tərəvəz toxumları nümayiş olunub.
Yarmarkanın açılış mərasimində çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı
Müstəqim Məmmədov bildirib ki, bu gün ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində
olduqca münbit bir şərait yaradılıb. Ölkə başçısı tərəfindən kənd təsərrüfatının inkişafı ilə
bağlı mühüm sənədlər, o cümlədən ərzaq təhlükəsizliyi və regionların sosial-iqtisadi inkişafı
haqqında Dövlət proqramları təsdiq olunub. Bu proqramlar Azərbaycanın ərzaq
təhlükəsizliyinin təminatı istiqamətində atılmış mühüm addımlardır. Hər il fermerlərə dövlət
tərəfindən hərtərəfli qayğı  dəstək göstərilir. Hazırda ölkə əhalisinin bir çox ərzaq
məhsullarına olan tələbatı yerli istehsal hesabına tam təmin edilir. Azərbaycanda qeyri-neft
sektorunun aparıcı istiqamətlərindən olan aqrar sahə uğurla inkişaf edir.
Sonra çıxış edən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov toxum sərgi-satış
yarmarkalarının ölkənin müxtəlif bölgələrində keçirilməsinin fermerlərə bu sahədə olan
yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparılması
imkanlarını verdiyini qeyd edib.
Tədbir çərçivəsində fermerlərə sertifikatlı toxumun əldə olunması, sortların regionların torpaq-
iqlim xüsusiyyətlərinə uyğun düzgün seçilməsi, toxumların təmizlənməsi barədə geniş
məlumat verilib. Fermerlər tərəfindən yarana biləcək suallara bağlı Kənd Təsərrüfatı
Nazirliyinin müvafiq qurumları tərəfindən operativ məsləhət xidməti göstərilib.
Festivalda Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzinin mütəxəssisi Kənan
Tapdıqlı tərəfindən “Zərərli orqanizmlərə qarşı inteqrir mübarizə üsulu  tətbiqi”
mövzularında təlim keçirilib.
Tədbir çərçivəsində fermerlər üçün Kredit yarmarkası da təşkil olunub. Kredit yarmarkasında
fermerlərə müxtəlif sərfəli kredit məhsulları təklif olunub və informasiya materialları təqdim
edilib.
 
Tarix: 10-09-2024, 22:34
Xəbəri paylaş





Xəbər lenti