Ucar və Göyçayda torpaqlar peşkəş edilir

Ucar və Göyçayda torpaqlar peşkəş edilir

Göyçay və Ucar sakinləri Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 16 saylı Ucar Ərazi İdarəsinin rəisi Fikrət Nuşiyev və onun müavini Akşin Həmidovdan şikayətçi düşüblər. Onlar bu barədə Siam-az.com-un electron poçtuna məktub göndərərək, həmin şəxslərin qanunsuzluq etdiyini bildiriblər.
Şikayətçilər yazır ki, sözügedən məmurların əməlləri ucbatından torpaqlar qanunsuz olaraq başqa şəxslərin mülkiyyətinə verilir. “Nəticəfdə, çoxlu sayda vətəndaşın torpaq sahələri azaldılıb və ya yoxa çıxarılıb. Bütün bunlar isə rüşvət müqbilində baş verib. Bəhanə kimi isə yeni elektron kadastr planında olunan dəyişiklik göstərilir. Bu isə tam yalan və əvvəlcədən düşünülmüş məkirli plandır”.

Onlar bildirirlər ki, Fikrət Nuşiyev və müavini Aqşin Həmidovun əməlləri barədə şikayət etsələr də, heç biri araşdırılmayıb. “Bu bizdə o şübhəni yaradıb ki, törədilən qanunsuzluqdan əldə olunan pullardan baş idarəyə də pay çatır”.
Qeyd edək ki, 16 saylı Ucar Ərazi İdarəsi Ucar, Göyçay, Zərdab və Kürdəmir rayonlarını əhatə edir. Bundan əvvəl bu idarənin rəisi olan Qərib Həsənov bir neçə ay əvvəl 5 saylı Xaçmaz Ərazi İdarəsinə, oranın rəisi Fikrət Nuşiyev isə 16 saylı Ucar ərazi idarəsinə rəis vəzifəsinə rotasiya ediliblər.
Şikayətçilər bildirirlər ki, Göyçay rayonu Yeniarx kənd sakinləri Süleymanov Əli Bəxtiyar oğlu və Soltanov Yaqub Maarif oğluna 06 yanvar 1998-ci ildə verilmiş həyatyanı torpaq sahəsi əllərindən alınıb. Onu başqalarına veriblər. “Bundan başqa, Ucar rayonu Yuxarı Şilyan kənd sakini Novruzov Şöhrət Atakişi oğluna məxsus torpaq sahəsnin müəyyən hissəsi də rüşvət alınaraq, başqa şəxin mülkiyyətinə verilib. Ucar rayonu Gəraybəyli kənd sakini Bünyətov Mübariz Faiq oğluna və atası Bünyətov Faiq Lətif oğluna məxsus torpaq sahələrinin müəyyən hissəsi rüşvət alınaraq başqa şəxsə verilib. Həmçinin analoji durumla Göyçay rayonu Cəyirli kənd sakini Feyzullayev Rahim Zülfi oğlu da üzləşib”.
Sakinlər dövlət başçısına müraciət edərək, ondan kömək istəyiblər.
Tarix: 12-09-2024, 13:53
Xəbəri paylaş





Xəbər lenti