19 sentyabr antiterror əməliyyatları zamanı şəhid olan Ruslan Lalayevin il mərasimi keçirilib



Mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli
Məclisin deputatı Anar Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər
Rayon Təşkilatının sədri Eldar Əsədov, Qafqaz Müsəlmanları idarəsinin səlahiyyətli
nümayəndəsi, Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid ailələrinin üzvləri,
qazilər, veteranlar, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər.
Əvvəlcə şəhidin məzarı ziyarət edilərək üzərinə gül-çiçək dəstələri düzülüb. Tərtər
Cümə Məscidinin imamı Sadiq Cəfərov tərəfindən şəhidlərin ruhuna dualar oxunub.
Mərasimdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov
şəhidin keçdiyi döyüş yolundan danışıb, onun qısa, lakin mənalı ömür yolunun gənclərə
vətənpərvərlik hisslərinin aşılmasında mühüm rol oynadığını bildirib. Qanları ilə tarix
yazan torpağı Vətənə çevirən Azərbaycanın Ruslan kimi oğullarının unudulmadığını
bildirib.
Sonra 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, keçirilən antiterror
əməliyyatından danışan icra başçısı torpaqlarımızın suverenliyi uğrunda canından
keçən şəhidlərə Ulu Tanrıdan rəhmət diləyərək, şəhid ailələrinə səbr, dözüm arzulayıb.
Rayon rəhbəri bildirib ki, xalqımız tarixinin ən mühüm və qürurlu səhifələrindən birinin -
ötən il 19-20 sentyabr tarixində Qarabağda həyata keçirilən antiterror tədbirləri
nəticəsində qazanılan əzəmətli Qələbənin ildönümünü sevinc və coşqu ilə qeyd edir. Bu
əməliyyat Ali Baş Komandan İlham Əliyevin ali sərkərdəlik keyfiyyətlərini, Azərbaycan
Ordusunun gücünü, peşəkar səviyyəsini, qələbə əzmini bütün dünyaya göstərdi.
Rayon rəhbəri respubluka prezidentinin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə
sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi, eyni
tarixli digər sərəncamı ilə “20 sentyabr–Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri
günü”nün təsis edildiyini bildirərək, ölkə rəhbərinin bu qürurverici günlərdə işğaldan
azad edilmiş ərazilərdə-mədəniyyət mərkəzimiz olan Şuşada Bayraq Meydanının
açılışında, Üzeyir Hacıbəyovun təmirdən sonra ev muzeyində, Xankəndində Qarabağ
Universitetində, tələbə yataqxanasında, işğaldan azad olunmuş ərazilərdə aparılan
tikinti abadlıq işləri ilə tanış olmasından da danışıb.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, kiçik çavuş Lalayev
Ruslan Akif oğlu 1994-cü il fevral ayının 17-də Tərtər rayonunun Səhləbad kəndində
anadan olub. Ruslan Lalayev 19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Ordusunun
həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhid Səhləbad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Şəhid Lalayev Ruslan Akif oğlu döyüşlərdə göstərdiyi igidliyə görə ölümündən sonra
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına
əsasən 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidin valideynləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-
prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tarix: 22-09-2024, 21:48
Xəbəri paylaş





Xəbər lenti