Şəfa mənbəyi olan təbii sərvətimiz Duzlu göl antisanitariya içində boğulur - REPORTAJ, FOTOLAR

Şəfa mənbəyi olan təbii sərvətimiz Duzlu göl antisanitariya içində boğulur - REPORTAJ, FOTOLAR Yayın gəlişi ilə turizm mövsümü də start götürüb. Turizmin inkişafı üçün ölkədə xeyli işlər görülsə də, xariciləri Azərbaycana cəlb edəcək milli sərvətlərimiz, tarixi abidələrimiz ön plana çəkilmir. Xüsusən, tibb turizmi sahəsində Azərbaycanın geniş imkanları var. Buna Naftalan neftini, Naxçıvandakı duz dağını, Masallıdakı “İsti su”yu və Bakıdakı “Duzlu göl”üvmisal göstərmək olar. Dünyanın nadir tapılan təbii müalicə vasitələri olan bu sərvətlərimiz dünyada təbliğ olunmur.

Bundan əlavə, bəzilərinin vəziyyəti də ürəkaçan deyil. Duzlaşma, revmatizm, sinir, oynaq ağrıları, artirid və nevrid kimi xəstəliklərin dərmanı sayılan Duzlu gölün (Hövsan qəsəbəsindəki) durumu da ürəkaçan deyil. Son aylarda gölün suyu artsa da, ətrafının abadlaşdırılması, burada müalicəyə, dincəlməyə gələn insanların ən zəruri ehtiyacları üçün normal şərait yaradılmayıb.
Hövsan-Zığ magistral yolunun kənarında yerləşən gölün ətrafında kafe işçilərindən başqa kimsə gözə dəymir. Çünki hava küləkli və soyuqdur. Şərait baxımından isə əvvəlki illərə nəzərən fərqli heç nə yoxdur.

Zibil qabları qoyulmadığından gölün ətrafını zibil bürüyüb. Hər yerdə antisanitariya hökm sürür. Gölün kənarı düzənlik olduğundan insanların soyunub geyinməsi üçün yer yoxdur. Bəzi yerlərdə 4 dirək basdırılıb və ətrafına çadır bezi sarılaraq daldalanacaq düzəldilib. Ətrafda məişət qovşağı olmadığından ərazinin antisanitar durumda olması da diqqətdən qaçmır.
1 nəfərin üçün 50 qəpikdən təklif olunan duş yerində də vəziyyət ürəkaçan deyil. Burada da hər yer çirkab və üfunət içərisindədir. Gölün kənarında fəaliyyət göstərən iki kafenin təmizliyindən isə danışmaq belə əbəsdir. İnsanlar mənzərəni gözü ilə gördükləri üçün kafedə çay içməkdən imtina edirlər.

Həmçinin bir neçə yerdə gölün dibindən çıxarılan müalicəvi əhəmiyyətli palçıq da dincəlməyə gələnlərə təklif edilir. Bu palçığın müalicəvi əhəmiyyətinin olduğu da kimsəyə sirr deyil. Bir qab palçığın qiyməti isə 50 qəpikdir.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi də ötən il Zığ ərazisindəki Duzlu göldə çimməyi rəsmən qadağan edib. Səbəb olaraq bildirilir ki, göl istifadəyə əsla yararlı sayılmır. Gölün ətrafındakı antisanitariya xəstəlik mənbəyi hesab edilir. Lakin bu qadağaya məhəl qoyulmur. Dava-dərmanın təsir etmədiyi, həkimlərdən ümidini kəsən xəstələr Duzlu gölə üz tutmaqla şəfa axtarırlar. Ancaq onları da buradakı şəraitsizlik onları narahat edir.

Qeyd edək ki, gölün ətrafında yaşayış da mövcuddur. Buradakı köhnə daxmalarda məcburi köçkünlər məskunlaşıb. Yay aylarında onların əsas qazanc mənbəyindən biri də burada çay, qarğıdalı, palçıq və sair satmaqdır. Ətrafdakı kafeləri işlədənlər də elə burada yaşayan məcburi köçkünlərdir.

Çimmək üçün gölə gələnlər olmasa da, ətrafdakı sakinlərlə həmsöhbət olduq. Onların əksəriyyəti şəxsi təcrübələrində Duzlu gölün faydasını gördüklərini bildirdilər.

Hər yay ardıcıl olaraq Duzlu gölə gəldiyini deyil 65 yaşlı Fatimə nənə ayağında və belində olan ağrılardan məhz bunun sayəsində yaxa qurtardığını dedi: “Heç bir iynə-dərman bunun əvəzini verə bilməz. Revmatizm, oyaq ağrısı və sairdən əziyyət çəkən istənilən xəstəni 10 gün ardıcıl olaraq Duzlu gölə gətirsəniz, palçıq sürtüb göldə çimsə ağrılardan ən azı 6 ay xilas olacaq. Bu artıq təsdiq olunmuş bir təcrübədir. Ancaq təəssüf ki, orada şərait düzəltməyiblər. Onu sahibkarlar etsə, gərək gölü özəlləşdirsinlər və qiymətləri də qaldırsınlar. Yaxşı olar ki, dövlət öz təbii sərvətinə sahib çıxsın. Bunu dünyada tanıtsalar, turistlər də Duzlu gölə maraq göstərər”.

Qeyd edək ki, Duzlu gölə nəinki Bakıdan və Bakıətrafı qəsəbələrdən, eləcə də rayonlardan insanlar gəlir, burada minimum 10 gün müalicə almağa çalışırlar. Belə bir möcüzəvi təbii sərvətə dövlətin heç bir diqqət göstərməməsi isə sadəcə təəssüf doğurur.

Nərgiz Liftiyeva,
Fotolar müəllifindirŞəfa mənbəyi olan təbii sərvətimiz Duzlu göl antisanitariya içində boğulur - REPORTAJ, FOTOLAR

Tarix: 16-06-2017, 21:34
Xəbəri paylaş

Xəbər lenti