Azərbaycan şəhid verdi, Arif Rəhimzadə Rusiyanı dəstəklədi - GÜNÜN İCMALI

Azərbaycan şəhid verdi, Arif Rəhimzadə Rusiyanı dəstəklədi - GÜNÜN İCMALI
Siam.az Moderator.az-ın 16 iyun tarixinin icmalını təqdim edir:

- Ermənistan silahlı qüvvələri bölmələrinin törətdiyi təxribatın qarşısı alınarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şahvələdov Sultan Niyaz oğlu şəhid olub.

- AFFA-nın ilk prezidenti, Bakı şəhər Partiya Komitəsinin birinci katibi (1983-1988) Fuad Musayev vəfat edib.

- Göyçayda 4 bal gücündə zəlzələ olub. Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilmiş məlumatda bildirilib ki, zəlzələ yerli vaxtla saat 17:41:12 -də Göyçay ərazisində qeydə alınıb.


- İkinci "zəlzələ" isə Bakıda "baş verib". Belə ki, deputat Arif Rəhimzadə müsahibəsində, ölkənin, dövlətin, millətin maraqlarına zidd fikirlər irəli sürüb. Məsələn, Ümumrusiya Azərbaycan Konqresinin qeydiyyatının ləğvinə görə təşkilatın özünü təqsirləndirərək, Rusiyanı haqlı çıxarıb. Halbuki, Diasporla İş üzrə Dövlət Komitəsi belə bu məsələ ilə əlaqədar xüsusi bəyanat yayıb. Arif Rəhimzadə, həmçinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasında Rusiyanın rolunun olması barədə absurd fikirlər səsləndirib.

- Almaniyanın keçmiş kansleri Helmut Kol 88 yaşında vəfat edib. Helmut Kol 1982-ci ildən 1998-ci ilədək Almaniyanın kansleri vəzifəsində olub. Helmut Kol iki alman dövlətini -AFR və ADR-i birləşdırən kansler kimi adını təkcə Almaniya tarixinə deyil, dünya tarixinə yazmış siyasətçidir. O zaman bəzi alman qəzetləri yazırdı ki, “nəhayət bu şişman kişini televiziya ekranlarında görməyəcəyik”. İki alman dövlətini birləşdirən şəxs haqqında, onun 16 illik dövlət başçısı olmağının çox olduğuna işarə edənlər bilmirlər ki, bu baxımdan ölkələrinin heç bir problemini həll edə bilməyən bəzi başçılar var ki, yarım əsrdən çoxdur dövlətlərinə başçılıq edirlər və hətta öləndən sonra onlara səs verilməsinə çağırışlar edirlər.

- Avropa Birliyi, xüsusilə Almaniya ABŞ-ın Rusiyaya yeni sanksiyalar tətbiq etmək qərarını narazılıqla qarşılıyıblar. AB sanksiyaların razılışdırılmadan qəbul olunduğuna təəssüfünü bildirməklə perspektivdə Avropanın qazsız qalacağına eyham vurub.

- İyunun 15-də Avropa Parlamentində “Əfqan Muxtarlı və Azərbaycanda mətbuatın vəziyyəti” adlı qətnamə qəbul edilib. Milli Məclisin vitse –spikeri Z. Əsgərovun sözlərinə görə, adı çəkilən qətnamənin qəbul edilməsi ona dəlalət edir ki, Azərbaycan Respublikasının həyata keçirdiyi müstəqil siyasət Avropada fəaliyyət göstərən antiazərbaycan qüvvələri, xüsusən erməni lobbisini narahat edir.

- “ABŞ prezidenti D.Trampın İrana, Şimali Koreyaya, Qətərə, Kubaya olan kəskin siyasəti Rusiyanı hədəfdən yayındarmağa çalışmaq cəhdidir”. Bu və Tramp dövründə Amerikanın faciəli günlər yaşadığı fikirlər CNN kanalında siyasi gündəmi şərh edən ekspertlərin yekdil rəyi olub.

- İŞİD rəhbəri Əl-Bağdadinin öldürülməsi xəbəri yayılsa da onu təsdiq edən ikinci mənbə olmayıb. Qeyd edək ki, Əl-Bağdadinin ölüm xəbəri 2014-cü ildən bu yana bir neçə dəfə gündəmə gəlsə də təsdiqini tapmayıb.

Siam.az
Tarix: 17-06-2017, 10:13
Xəbəri paylaş





Xəbər lenti