İki günə 6 erməni əsgəri məhv edildi - ADLAR

İki günə 6 erməni əsgəri məhv edildi - ADLAR Ötən həftə cəbhədə təxribatlara əl atan düşmən tərəfi ciddi itkilərə məruz qalıb. 16 və 17 iyun tarixlərində Ermənistan ordusunun 6 hərbi qulluqçusu məhv edilib.

AzVision.az Qarabağda məhv edilən erməni əsgərlərin adlarını təqdim edir:

Arayik Rudik Matinyan
Vigen Jirayr Petrosyan
Vardan Tsovak Sarkisyan
Myasnik Martin Ovannisyan
Vardan Armen Harutyunyan
Narek Tiqran Qasparyan


Qarşıdurma xəttində baş verən toqquşmalar zamanı bir neçə erməni əsgəri isə ağır güllə yarası alıb. Yaralı hərbçilər yerli hospitallara yerləşdirilib.

Ermənistanın Müdafiə Nazirliyi yaralıların sayını və adlarını indiyədək açıqlamayıb. Erməni KİV-lərində yer alan xəbərə görə, Yuri Zakaryan Qarabağdakı döyüşlərdə yaralanıb. O, ölümcül vəziyyətdə Xankəndidən İrəvan hospitalına köçürülüb. Digər yaralılardan isə xəbər yoxdur.

Siam.az
Tarix: 19-06-2017, 23:35
Xəbəri paylaş





Xəbər lenti