Düşmən səfərbərlik ELAN ETDİ: Ermənistanda böyük MÜHARİBƏ HAZIRLIĞI

Düşmən səfərbərlik ELAN ETDİ: Ermənistanda böyük MÜHARİBƏ HAZIRLIĞI Ermənistan ordusunda səfərbərlik elan edilir.
Hurriyyet.org xəbər verir ki, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaratdığı qondarma DQR-in “prezidenti” Bako Saakyan “Səfərbərlik haqqında” qanun imzalayıb.

Ermənistanın işğalçı rejiminin səfərbərlik gedişinin Füzulinin Alxanlı kəndində mülki azərbaycanlıların öldürülməsindən bir gün sonra etməsi də təsadüfə bənzəmir. Hesab etmək olar ki, düşmən yeni təxribat hücumlarına hazırlaşır.
Ermənistan mediasında da Qarabağda müharibənin başlayacağı haqda informasiyalar yayır.
“1in.am” saytı cəbhədə baş verənlərə diqqət çəkərək, “Nəticədə böyük müharibə olacaq” deyə yazır. Eynilə müharibə təbliğatını digər erməni saytları da davam etdirirlər./ Publika.az /
Tarix: 5-07-2017, 19:39
Xəbəri paylaş





Xəbər lenti