Bakı diversiya qruplarını hərəkətə keçirəcək - Rusiya mediası

Bakı diversiya qruplarını hərəkətə keçirəcək - Rusiya mediası Azərbaycan cəbhədə fəallığını daha da gücləndirəcək. Ölən qadın və uşağın qisasının alınması üçün Bakı diversiya qruplarını da hərəkətə keçirəcək.

Axar.az xəbər verir ki, bu barədə "Vesti-Kavkaza" saytında yayımlanan analitik-məqalədə bildirilib.

Qeyd edilir ki, bir müddət Azərbaycan-Ermənistan cəbhə xəttində nisbi sakitlik olmayacaq. Keçən ilin aprel döyüşlərindəki təcrübə əyani göstərdi ki, öz mülki vətəndaşlarının qətlinə Azərbaycan sərt cavab vermək gücündədir. 2016-cı ilin aprelində ermənilərin atəşkəsi pozması nəticəsində bir neçə dinc sakin həlak oldu, 1994-cü dilin barışığından sonra da münaqişənin güclü eskalasiyası oldu, nəticəcədə Azərbaycan ordusu ermənilərə ağır zərbə endirdi. Görünən budur ki, erməni hərbi qulluqçuları indi maksimal döyüş hazırlığı vəziyyətindədir, çünki uğursuzluğun riski böyükdür.

Əgər hadisələr yumşaq ssenari üzrə davam etsə, bütün cəbhə xətti boyu ermənilərə snayperlərdən zərbələr vurulacaq, ən sərt ssenari isə erməni ordusunun mövqelərinə artilleriya zərbələrinin endirilməsi, həmçinin mümkün hücum tədbirlərinin görülməsindən ibarət olacaq.
Tarix: 7-07-2017, 09:43
Xəbəri paylaş





Xəbər lenti