FETÖ-nün milyonları:Təhsil sistemini çökdürür

FETÖ-nün milyonları:Təhsil sistemini çökdürür Aqil Ələsgər: “Maliyyəkəsilərsə, onların da sonu gələcək”

Türkiyədə baş verən 15 iyul çevriliş cəhdindən sonra AKP iqtidarı prosesin təşkilatçısı olan Fətullah Gülən şəbəkəsinin ölkədən çıxarılmasına qərar verdi. Bu istiqamətdə müəyyən addımlar atılsa da son baş verənlər onu göstərir ki, FETÖ şəbəkəsi hələ də Türkiyə dövlət qurumlarında qalmaqdadır. Nəzərə alsaq ki, FETÖ daha çox təhsil sistemində özünə yer edib, təhükənin miqyasını və dərəcəsini təxmin etmək çətin deyil. Digər tərəfdən FETÖ təkcə Türkiyədə deyil, həm də dünyanın bir çox ölkəsində fəaliyyət göstərir. Qeyri-rəsmi məlumatlara görə, Fətullah Gülən 200 milyard dollar kapitala nəzarət edir. Bu, çox böyük kapital və güc deməkdir.


Türkiyə iqtidarı FETÖ təhlükəsi ilə bağlı bir sıra ölkələrə rəsmi xəbərdarlıq göndərib. Bu xəbərdarlıqlardan sonra bir sıra ölkələrdə FETÖ-nun məktəbləri bağlanıb. Ancaq hələ də FETÖ nəinki digər ölkələrdə, hətta Türkiyə təhsil sistemində də fəaliyyətini davam etdirir. Ötən gün Türkiyə Baş Prokurorluğunun təlimatı ilə təhlükəsizlik gücləri Ankara Universitetində əməliyyat keçirib. Türkiyə mətbuatının yaydığı məlumata görə, 31 nəfər elm adamı FETÖ (Fətullahçı Terror Təşkilatı) üzvü olduğu üçün nəzarətə götürülüb. Bu faktın özü onu göstərir ki, FETÖ hələ də Türkiyədə və digər ölkələrdə öz fəaliyyətini davam etdirir. Bəs Türkiyə iqtidarının cəhdləri ciddi səmərə verəcəkmi? Ümumiyyətlə, FETÖ-nü təhsil sistemindən təmizləmək mümkün olacaqmı?
FETÖ-nün milyonları:Təhsil sistemini çökdürür


FETÖ ilə bağlı araşdırmalarıyla tanınan “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər “Cümhuriyət” qəzetinə şərhində bildirib ki, bu şəbəkənin hələ də fəaliyyət göstərməsində səbəb maliyyə qaynaqlarının olmasıdır: “FETÖ terror təşkilatının sonunun gəlməsi üçün iradə lazımdır. Türkiyə hakimiyyətində bu iradə var. Digər tərəfdən, FETÖ-nün maliyyə qaynaqlarının kəsilməsi lazımdır. Əgər FETÖ-nün maliyyə qaynaqları kəsilərsə, onun sonu gələr. Çünki heç bir terror təşkilatı maliyyə qaynaqları olmadan fəaliyyət göstərə bilməz. Bu gün FETÖ-nün ayaqda durmasının başlıca səbəblərindən biri, başda Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Avropa ölkələri olmaqla şəbəkə üzvlərinin bizneslərinin olmasıdır. Məhz bu ölkələrdən qaynaqlanan maliyyə ilə FETÖ öz mövcudluğunu həm Türkiyədə, həm Azərbaycanda, həm də digər ölkələrdə qoruyur. Əgər FETÖ-nun maliyyə qaynaqlarına zərbə vursalar, təbii ki, onların da sonu gələcək”.

Aqil Ələsgərin sözlərinə görə, FETÖ-nün Azərbaycan nümayəndələrini bəzi məmurlar da himayə edir: “Hal-hazırda görünən odur ki, bütün hallarda FETÖ gedən proseslərə müdaxilə etməyi bacarır.

Buna görə də onlara qarşı mübarizə aparmaq müəyyən qədər çətindir. Qeyd etdiyim kimi, Türkiyədə FETÖ-nü bitirmək üçün siyasi iradə var. Buna görə də mübarizə sistemli formada davam edir. Bu proses FETÖ-nün siyasi qanadı çökdürülənə qədər davam etməlidir.

Azərbaycana gəldikdə isə dövlət bu məsələdə öz iradəsini ortaya qoydu. Amma çox təəssüf ki, Azərbaycanda da bir çox məmurlar FETÖ ilə bağlı iradə nümayiş etdirə bilmirlər. Bəzi məmurlar daha çox FETÖ üzvləri ilə şəxsi maraqlar çərçivəsində əməkdaşlıq edirlər. Məhz şəxsi maraqlar çərçivəsində də bir sıra məmurlar Azərbaycanda fəaliyyət göstərən FETÖ üzvlərini qoruyurlar”.

Vilayət Muxtar
Cebhe.info
Tarix: 8-07-2017, 21:46
Xəbəri paylaş





Xəbər lenti