Rusiyalı politoloq: "Rusiya Ermənistanı Azərbaycanla danışıqlara təhrik etməlidir"

Rusiyalı politoloq: "Rusiya Ermənistanı Azərbaycanla danışıqlara təhrik etməlidir" Dağlıq Qarabağ regionu yenidən "qaynar nöqtə"yə çevrilib. Tərəflərin silahlı qüvvələri döyüş hazırlığı vəziyyətinə gətirilib. Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin təxribatına cavab olaraq düşmənin atəş nöqtələrinə zərbələrin endirildiyini xəbər verib. Rəsmi Bakı erməni hərbçilərini Füzuli rayonunda kəndin atəşə tutulması nəticəsində bir qadın və bir uşağın ölümünə səbəb olmaqda ittiham edir.

Rusiyalı politoloq Sergey Markov hesab edir ki, region yenidən tammiqyaslı müharibə astanasındadır.

"Report" xəbər verir ki, bu barədə o, НСН nəşri ilə söhbətində bildirib.

"Danışıqlar ümumiyyətlə heç getmir. Onlar praktiki olaraq dondurulub. Vəziyyət ondan ibarətdir ki, orada atəşkəs pozulub və bu, Azərbaycan tərəfdən qadın və eyni zamanda onun balaca nəvəsinin ölümü ilə nəticələnib. Bu, Azərbaycan cəmiyyətində böyük qəzəb doğurub və hakimiyyət buna reaksiya vermək məcburiyyətində qalıb və ona görə də onlar bu atəş açmaq şəkilində qarşılıq veriblər. Və beləliklə biz hazırda elə bir vəziyyətdəyik ki, hərbi əməliyyatlar yenidən başlaya bilər", - o, НСН ilə söhbətində bildirib", - deyə politoloq bildirib.

Ekspert hesab edir ki, 2016-ci ilin aprel hadisələri təkrarlana bilər.

"Çox güman ki, hər şey 2016-cı ilin aprel müharibəsinin ssenarisi üzrə gedəcək. Hansı ki, o zaman ciddi danışıqlar başlamışdı".
Tarix: 9-07-2017, 08:39
Xəbəri paylaş





Xəbər lenti