Məşhur türk müğənniləri Zəhradan yazdı, Nadir Qafarzadə qızıllarından…- GERÇƏKLİK

Məşhur türk müğənniləri Zəhradan yazdı, Nadir Qafarzadə qızıllarından…- GERÇƏKLİK Son günlər hamı ondan danışır, hamı ondan yazır. Öz evində erməni gülləsinə tuş gələn 2 yaşlı Zəhradan...

Cebhe.info xəbər verir ki, Azərbaycanın bu acısına, itkisinə Türkiyənin tanınmış sənət adamları da biganə qalmayıb. Tükiyənin tanınmış sənətçisi, müğənni və prodüsser Mahsun Kırmızıgül, müğənnilər Hülya Avşar, Hadise və Mustafa Ceceli acımıza dəstək olub.
Məşhur türk müğənniləri Zəhradan yazdı, Nadir Qafarzadə qızıllarından…- GERÇƏKLİK



“Körpə Zəhra nənəsi ilə birlikdə Azərbaycanda öldürüldü. Burada uşaqlar hələ də ölməyə davam edir. Adları, dinləri, ölkələri fərqli olsa da, ölən uşağın kimliyinin heç bir əhəmiyyəti yoxdur. Dinc əhaliyə qarşı bu kimi alçaq hücumlar kim tərəfindən törədilirsə, min dəfə lənət olsun”, - deyə M.Kırmızıgül sosial şəbəkədə şərh yazıb.
Məşhur türk müğənniləri Zəhradan yazdı, Nadir Qafarzadə qızıllarından…- GERÇƏKLİK


Türkiyəli müğənni, aktrisa, aparıcı Hülya Avşar Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimovun “Milliyet” onlayn qəzetinə verdiyi müsahibəni “Instagram” hesabında paylaşaraq, “Heç kim bu hadisəyə yalnız Azərbaycan xalqının problemi kimi baxmamalıdır. İrqindən, dinindən və milliyyətindən asılı olmayaraq, bu hadisəni törədənlər cəzasız qalmamalıdır. 2 yaşında körpə vəhşicəsinə qətlə yetirilib! Bu, insanlığa sığmayan bir hücumdur. Bunu bütün dünya görməli, bilməli və səssiz qalmamalıdır. Biz hamımız bir araya gələrək bu hadisəni qınamalı, insan haqları qurumlarına haraya baxdıqlarını və bunu törədənlərin niyə cəzasız qaldıqlarını soruşmalıyıq. Baş verənlərin qarşısını almaq lazımdır və sivil xalqın hədəfə alınması qəbul edilməzdir. Bunun bir adı var - Terror və faşizm!” qeydini yazıb.
Məşhur türk müğənniləri Zəhradan yazdı, Nadir Qafarzadə qızıllarından…- GERÇƏKLİK


Müğənni Hadise isə sosial şəbəkədə “Canım yanır... 2 yaşlı bir körpə... Kədərli ana... Bu, insanlığa sığmayan vəhşi hücumdur. Dilindən, dinindən və irqindən asılı olmayaraq, bütün terror hücumlarını qınayıram. Buna son qoyun! Azərbaycana səbir diləyirəm”, - şərhini yazıb.

Mustafa Ceceli “İllərdir ki, terrorun necə murdar bir qatil olduğunun şahidiyik. Bu dəfə də ermənilərin simasında terror Azərbaycan kəndlərinə qarşı yönəldi. Düşmənlərin gülləsinə 2 yaşlı Zəhra Quliyeva tuş gəldi… Ədalətsizliyə səssiz qalan dünya ölkələrinə qarşı Allahın ədalətinə sığınırıq…”,- deyə bildirib.

Bəli, bu onlardır. Türkiyənin tanınmış, sevilən sənətçiləri. Hansi ki, dəfələrlə Azərbaycanda konsert proqramları ilə çıxış ediblər. Və hər zaman da ölkəmizə qarşı həmrəylik nümayiş etdiriblər.

Bizim müğənnilər isə belə durumlarda nələri nümayiş etdirir?
Məşhur türk müğənniləri Zəhradan yazdı, Nadir Qafarzadə qızıllarından…- GERÇƏKLİK


Mahsun Kırmızıgül və digərləri Zəhra üçün üzüldüyünü ifadə etdiyi halda, azərbaycanlı müğənni Nadir Qafarzadə “İnstagram” bloqunda sərvətini nümayiş etdirir… O, paylaşdığı fotosunda brilliant daş-qaşlarla bəzədilmiş böyük üzüyünü və qızıldan saatını reklam edərək, özünü öyür. O Nadir Qafarzadə ki, 2008-ci il fevralın 26-da – Xocalı faciəsinin ildönümündə İsrailin Hayfa şəhərində toyda oxumuşdu… Sonra da efirlərə çıxıb “Gəlin, qeyrətdən danışmayaq. Onda qeyrətimizi itirdik ki, Qarabağı verdik, getdi. Anam dünyasını dəyişəndə toya getdim. Anamı saat 5-də məzara qoyub, 7-də gedib toyda oxumuşam. Heç anamın öldüyü günü yadımda saxlamamışam. Xeyir ola, ilboyu yas saxlamalıyam. Heç həmin gün matəm günü deyil”,- dedi.

Türkiyəli müğənnilər ermənilərin 2 yaşlı Zəhraya qarşı törətdiyi vəhşilikdən yazır, azərbaycanlı müğənnilər isə sərvətlətindən… Onlar üçün müharibə dəhşəti yoxdur, yalnız, oxuyub-oynamaq var, toylar, el şənlikləri var… Olmaya, vətənpərvərlik budur, bizim xəbərimiz yoxdur?

Aytən Həsənova
Tarix: 10-07-2017, 14:53
Xəbəri paylaş





Xəbər lenti