Qarabağı kim azad etməlidir, Türkiyə yoxsa, Azərbaycan? - VİDEOSORĞU

Qarabağı kim azad etməlidir, Türkiyə yoxsa, Azərbaycan? - VİDEOSORĞU Ötən gün Müsavat Partiyasının başqanı Arif Hacılının sosial şəbəkədə yazdığı status cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

Belə ki, partiya sədri qardaş Türkiyən prezidentini Qarabağı işğaldan azad etmək üçün hər hansı addım atmamaqda qınayıb: “... Sayın Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ki, beynəlxalq qurumların rəyi, mövqeyi ilə belə hesablaşmır, ATƏT - i Avropada olan bir örgüt adlandırır, Beynəlxalq Amnistiya təşkilatı nümayəndələrini həbs etdirir, nədən Qarabağın işğaldan azad edilməsi üçün də Türkiyə Ordusuna əmr vermir ? Nədən və kimdən çəkinir?”


Bu fikrləri bəziləri siyasi xadimə yaraşmayan bəsit yanaşma adlandırıblar. Onun tənqidçiləri və təqdirçiləri ciddi polemikalar aparıb.

Bəs görəsən, Azərbaycanın sadə vətəndaşları necə düşünürlər? Türkiyə tərəfi belə bir addımı atmağa borcludurmu? Qarabağı kim azad etməlidir, Türkiyə ordusu , yoxsa biz?

Musavat.com-un müxbiri bu suallar əsasında paytaxt sakinləri arasında sorğu keçirib. Respondentlərin əksəriyyəti bu məsələdə Türkiyənin qınanmasını əsassız adlandırıb və Dağlıq Qarabağın, eləcə də işğaldakı bütün torpaqların azad edilməsinin ilk öncə Azərbaycan xalqının borcu olduğunu bildirib. Sorğu iştirakçıları arasında, müharibə başlayacağı təqdirdə türk və müsəlman dövlətlərinin Azərbaycana dəstək olacağına inamını ifadə edənlər də olub.

Daha ətraflı təqdim etdiyimiz videosorğudan izləyə bilərsiniz.

Məğrur Mərd
Tarix: 10-07-2017, 21:47
Xəbəri paylaş





Xəbər lenti