Azərbaycan sürücülərinə Gürcüstan gömrükçüləri ZÜLM EDİR - DÖVLƏT GÖMRÜK KOMİTƏSİ SUSUR

Azərbaycan sürücülərinə Gürcüstan gömrükçüləri ZÜLM EDİR - DÖVLƏT GÖMRÜK KOMİTƏSİ SUSUR Azərbaycanlı sürücüləri Gürcüstan Gömrük Keçid məntəqəsində o qədər incidib cərimə etdilər ki, onlar çıxış yolunu dövlət rəhbərlərinə müraciət ünvanlamaqda gördülər.

BiG.AZ redaksiyasına daxil olan müraciətdə bildirilir ki, yüzlərlə TIR sürücüləri Gürcüstan Gömrük Keçid məntəqəsində bürokratiyaya və külli miqdarda əsassız cərimələrə məruz qalıblar. Gürcüstanın aidiyyatı strukturlarına müraciətlər edilsə də, onların müraciətlərinə baxılmayıb. Xeyli müddət bundan öncə Azərbaycanın yerli strukturlarına müraciət etdikdən sonra məsələ həllinə qovuşsa da, son günlərdə yenə vəziyyət xoşagəlməz hal alıb.
Onlar isə yenidən dövlət qurumlarına səslənərək bu məsələnin köklü həll olunmasını və problemin mediada işıqlandırılmasını istəyiblər.


Daxil olan müraciəti sizə təqdim edirik:

- Əvvəlcə bunu bildirmək istəyirəm ki, Azərbaycan dövlət qeydiyyat nişanlı Azərbaycanda və digər ölkələrdə minlərlə sürücülərimiz yollarda şütüyür. Bunlar Azərbaycanın ixrac və idxal potensilana birbaşa dəstək verən zəhmətkeş, amma bir o qədər də cəmiyyətdən kənarlaşdırılımış (əfsuslar olsun ki) çox dəyərli vətəndaşlarımızdır.
Qısa zaman öncə Rusiya Federasiyasının cənub bölgəsindən keçən sərhəd xidməti ərazisində Azərbaycan qeydiyyatlı maşınların daş-qalaq edilməsinin mətbuat tərəfindən aydınlanmasından sonra hökümətin məsələyə müdaxilə etməsi bu sahədə işləyən zəhmətkeş fiziki və hüquqi şəxslərimizin diqqətdən kənar qalmasından xəbər verir.

Əfsuslar olsun ki, bu istiqamətdə atılmış ciddi addımlar yoxdur. Azərbacandan transit keçən İran İslam Respublikasının, Türkiyə Cümhuriyyətinin, Ukrayna Respublikasının, Rusiya Federasiyasının, Gürcüstan Respublikasının və bir çox MDB və Avropa ölkələrinin qeydiyyatında olan TIR-sürücüləri çox rahat şəkildə ölkəmizdən digər ölkələrə rahat keçməkdə və ya Azəbaycana yük gətirməkdədirlər.

Bunun tam əksinə Azərbaycan sürücülərinin Gürcüstanın Qırmızı körpü və digər sərhəd keçid məntəqələrində, Rusiya Federasiyasından Ukrayanaya və ya əks istiqamətə, eləcə də, bir çox əcnəbi məmləkətlərdə yersiz maddi cərimələrə və mənəvi əziyyətə məruz qalmaları bizləri dərindən məyus etməkdədir. Onların yaşayış şəraitləri gecə və gündüz idarə etdikləri yük maşınlarıdır. Onlar həmin avtomobili ikinci doğma evləri kimi qəbul edirlər.
Qısa zaman öncə yüzlərlə müraciətin daxil olmasından sonra bu məsələni bir daha qabartmaq istədim. Son 10 gündə azərbaycanlı sürücülərə yenidən Gürcüstan Respublikasının Gömrük keçid məntəqəsində maddi cərimələrin yazılması narazılıqlara səbəb olmuşdur. Sürücülərimizin kimə və hansı rəsmi quruma müraciət etmək istəməsi isə onların səriştəsizliyindən meydana gəlir. Məsələ ilə bağlı sürücülərin telefon nömrələri və yazılmış cərimələri və səs yazılarını sizə təqdim edirik. Sizdən xahişimiz, bu zəhmətkeş insanların səsini rəsmi qurumlara çatdırmağınızdır.
Azərbaycandakı Gürcüstan Respublikasının Səfirliyi, Azərbaycanın Gürcüstandakı Səfirliyi və diasporu, Azərbaycanın Rusiyadakı Səfirliyi, Azərbaycanın İran İR-dakı səfirliyi və konsulluğu, Azərbaycanın Türkiyədəki Səfirliyi və Konsulluqları, Azərbaycanın Ukraynadakı Sərifliyi və diasporaları bu məsələdə bizə köməklik göstərsinlər. Biz istərdik ki, güclü və qüdrətli dövlətimizə arxalanaq və dövlətimiz də biz vətəndaşlarını diqqətindən kənar qoymasın, bizim problemimiz həllinə qovuşsun”.

BiG.AZ olaraq məsələ ilə bağlı Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətinin Rəisi, Gömrük Xidməti Polkovniki Natiq Axundova müraciət etdik. O, məsələnin ciddi şəkildə araşdırılacağını və tədbirlər görüləcəyini bildirsə də, xeyli müddət keçməsinə baxmayaraq görülən tədbirlər və araşdırmaların nəticəsi barədə redaksiyamıza heç bir məlumat verilmədi.
Tarix: 13-07-2017, 12:44
Xəbəri paylaş





Xəbər lenti